Yazıçı Əlabbasın üç yeni

kitabı işıq üzü görüb

 

Yazıçı Əlabbasın “Xan” nəşriyyatında “Şəbi –hicran”, “Altmışıncı aşırım” və “Dağların duman çağı” kitabları  nəfis tərtibatla  çapdan çıxıb.

 

“Şəbi –hicran” kitabında müəllifin müxtəlif illərdə qələmə aldığı “İkinci oğul” povesti və “Gəlin”, “Qul”, “Arvanada dəfn”, “Ovçu”, “Şəbi-hicran” və digər hekayələri toplanıb.

Yazıçının həyat romanı adlandırdığı publisistik yazı və müsahibələrindən ibarət ikinci toplu – “Dağların duman çağı” 2008-ci ildə işıq üzü görən “Mən Qarateli sevirdim” kitabının davamıdır.

“Altmışıncı aşırım” kitabında isə ədəbiyyat xəzinəmizi “Köhnə kişi”, “Qiyamçı”, “Qaraqovaq çölləri” kimi dəyərli nəsr nümunələri ilə zənginləşdirən yazıçı Əlabbasın dil və üslubu, obrazlar aləmi, bədii təsvir prosesində ustalığı və ədəbi siması haqqında söhbət açılır.

 

V. BAYRAMOV

 

Xalq qəzeti.- 2017.- 5 may.- S.16.