Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmişAvtomobil nəqliyyatı ilə sərnişin baqaj daşınması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

 

¹ 209

Bakı şəhəri, 17 may 2017-ci il          

 

Avtomobil nəqliyyatı haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 469-VQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 fevral tarixli 1225 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 745; 2010, ¹ 11, maddə 1041, ¹ 12, maddə 1125; 2011, ¹ 4, maddə 372; 2013, ¹ 8, maddə 1025, ¹ 12, maddə 1629; 2014, ¹ 7, maddə 945, ¹ 8, maddə 1014; 2016, ¹ 2 (II kitab), maddə 354, ¹ 3, maddə 592, ¹ 4, maddələr 779, 804, 817, ¹ 5, maddə 964; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 aprel tarixli 146 nömrəli 25 aprel tarixli 166 nömrəli qərarları) ilə təsdiq edilmişAvtomobil nəqliyyatı ilə sərnişin baqaj daşınması Qaydaları”nın 3.3-cü bəndinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq ölkədaxili sərnişin daşımalarını yerinə yetirən sürücülər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən peşə fəaliyyətinə davranışına, habelə istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq edilmiş xüsusi proqram üzrə hazırlıq keçməli, habelə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar.”.

 

Yaqub Eyyubov

Azərbaycan Respublikası

Baş nazirinin birinci müavini

 

Xalq qəzeti.- 2017.- 18 may.- S.9.