Gənc xanəndələr Şəhriyar

dünyasına baş vurdular

 

VI Muğam televiziya müsabiqəsinin yeni iş həftəsi IV İslam Həmrəyliyi Oyunlarının paytaxtımızda keçirildiyi vaxta təsadüf etdi. Bu möhtəşəm tədbir öz əzəməti, miqyası və mahiyyətinə görə ölkəmizin salnaməsinə qızıl hərflərlə yazılacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “İslam Oyunları, ilk növbədə İslam Həmrəyliyini gücləndirəcək, həm İslam aləminə, həm də dünyaya göstərəcək ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir”.

 

Milli mədəniyyətimizin incisi sayılan muğam əbədi musiqidir. Dünyada gedən qloballaşma prosesi belə ulu muğamımıza toxuna bilmədi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın muğam sənəti haqqında söylədiyi bir fikir yada düşür: “Azərbaycan muğamının ehtişamı özünü həm onda göstərdi ki, o, ən dəbdə olan janrlarla rəqabətdə davam gətirdi Azərbaycan musiqisi səhnəsində əbədi ad qazandı”.

Muğamın əsrlər boyu yaşaması naminə milli ifaçılıq sənətimizin görkəmli simalarının əvəzsiz xidmətləri olmuşdur. Çox sevindirici haldır ki, o şəxsiyyətlərin ənənələri sonradan gələn xanəndələr tərəfindən uğurla davam etdirilir. Muğam televiziya müsabiqələri, Beynəlxalq muğam festivalları simpoziumlar muğam sənətimizin daim inkişafda olduğunu göstərir.

Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında Mədəniyyət Turizm Nazirliyinin yaxından iştirakı Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VI Muğam televiziya müsabiqəsinin final mərhələsi üzrə növbəti həftənin yekun dinləmələrində gənc xanəndələr böyük Azərbaycan şairi Məmmədhüseyn Şəhriyarın qəzəllərini qədim muğamlarımız üstündə oxudular. İllərdən bəri  müsabiqələrdə yaranmış xoş bir ənənəyə uyğun olaraq, muğam ifaçılığı sənətində istedadı bacarığı ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmış xanəndə, pedaqoq, Əməkdar müəllim Nəriman Əliyev Eynulla Cəbrayılovun TeleradionunQızıl fondu”nda saxlanılan lent yazıları ilə bir daha yad edildilər.

Həftənin dinləmələrində öz ifaları ilə seçilənlər az olmadı. Valid AbdullayevinŞur”unu, Səma SultanovanınZabul segah”ını, Məcid ƏsrininŞur”unu, Almaxanım ƏhmədlininSegah”ını tamaşaçılar ayaq üstə sürəkli alqışlarla qarşıladılar. Hər dəfə öz ifaları ilə seçilən gənc xanəndələrdən Məfdun Məmmədov, Rəvanə Əmiraslanlı, Taleh Hüseynli bu həftənin dinləmələrində  münsifləri bir o qədər qane etmədilər. Xalq artisti Səkinə İsmayılova Taleh HüseynovuBayatı İsfahanmuğamını ifa edərkən yeknəsəqlikdə, İlqar Fəhmi Şəhriyar qəzəlləri sözlərinin deyilişindəki qüsurlarda, digər münsiflər isə əvvəlki çıxışlara nisbətən bu dəfə zəif oxumaqda qınadılar. Eyni sözləri Türkan Orucovaya desələr oxuduğuSegahtəsnifinə yüksək bal verənlər oldu.

Müsabiqənin şərtlərinə görə ən az bal toplamış ifaçı çıxışını dayandırmalıdır. Bu, Taleh Hüseynli oldu.

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2017.- 21 may.- S.7.