“Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 216  

Bakı şəhəri, 22 may 2017-ci il

 

“Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 394-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli 2522 nömrəli Sərəncamının 1.2 ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərarına 7 saylı əlavə - “Ağacların və kolların qanunsuz qırılması və zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün Nırx”da aşağıdakı dəyişikliklər edilsin:

1. Cədvəldən “1 m2 yaşıllıqlar üçün (qazon, çiçək ləki və s.) 0,2 0,2” sözləri çıxarılsın.

2. “Qeyd”in IV hissəsi ləğv edilsin.

 

Artur Rasi-zadə ,

Azərbaycan Respublikasının Baş naziri 

 

Xalq qəzeti.- 2017.- 24 may.- S.8.