Qara dastan – 37” sərgisi açılıb

 

Azərbaycan İstiqlal Muzeyinin (AIM) ekspozisiyasında AİM-in, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) arxivinin və Dövlət Sərhəd Xidmətinin (DSX) birgə təşkilatçılığı ilə siyasi repressiyanın 80 illiyinə həsr olunmuşQara dastan-37” adlı tədbir-sərgi keçirilib. Sərgidə yeni eksponatlar – müvəqqəti saxlama yerlərinin qapıları, DTX arxivinin sənədləri, muzeyin fondunda saxlanılan digər müxtəlif əşyalar nümayiş etdirilib.

 

Tədbirdə çıxış edən muzeyin direktoru Fəridə Şəmsi 1920-ci ildən başlayaraq 30 ilədək davam edən siyasi repressiyaları Azərbaycan tarixində baş vermiş ən böyük faciələrdən biri adlandırıb. Bildirib ki, bu illər ərzində qabaqcıl düşüncəyə malik bir çox ziyalımız-- şairlərimiz, yazıçılarımız, dövlət xadimlərimiz repressiyanın qurbanına çevriliblər. 1937-ci ilin sonunda ümumi repressiyaya məruz qalanların sayı 80 min nəfərə çatıb.

Fəridə xanım deyib ki, nümayiş olunan müvəqqəti saxlama yerlərinin qapıları tamamilə orijinaldır.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, AMEA-nın ArxeologiaEtnoqrafiya İnstitutunun əməkdaşı Tufan Axundov, DTX-nin əməkdaşı Fuad Babayev və başqaları çıxış ediblər.

Çıxış edənlər oktyabrın 24-də Prezident İlham Əliyevin böyük şairdramaturq, repressiya qurbanı Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamın əhəmiyyətini xüsusilə vurğulayıblar. Sərgidə adı totalitar rejimin repressiya qurbanlarının bütövlüyü rəmzinə çevrilmiş Cavidə aid guşə də tamaşaçılara təqdim olunub.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.- 25 noyabr.- S.7.