“Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və Strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 dekabr tarixli 391 nömrəli qərarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

¹ 405

Bakı şəhəri, 28 sentyabr 2017-ci il

 

Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel  tarixli 866 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 dekabr tarixli 391 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 12, maddə 1588) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizam-naməsi”nin 2.4-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“2.4. Cəmiyyət lisenziyaya icazə tələb olunan fəaliyyət növlərini “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respub-likasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziyaya icazə aldıqdan sonra həyata keçirə bilər.”

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 1 oktyabr.- S.5.