Pekində Xalq rəssamı Tahir Salahovun

əsərlərinin sərgisi keçirilir

 

Azərbaycanın Çindəki səfirliyindən verilən məlumata görə, hər il keçirilən Pekin İncəsənət Festivalı çərçivəsində müxtəlif ölkələrin tanınmış rəssam, heykəltəraş, dizayner və digər incəsənət adamlarının fərdi və tematik sərgiləri, ustad dərsləri, mühazirə və seminarları təşkil olunur.

 Sərgi Pekindəki “798” adlı incəsənət zonasında təşkil olunub. Builki festivalda çinli sənətsevərlər dünya şöhrətli rəssam Tahir Salahovun yaradıcılığı ilə tanış olmaq imkanı əldə ediblər. Sərgi oktyabrın 23-dək davam edəcək.

 Sərgidə rəssamın müxtəlif janrlarda çəkdiyi 20-yə yaxın əsəri nümayiş etdirilir.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.- 7 oktyabr.- S.7.