Xalq artisti, teatrkino aktyoru

Nodar Şaşıqoğlunun yubileyi qeyd olunub

 

Azərbaycan    Rusiyanın  Xalq  artisti, teatr    kinoda yaddaqalan obrazlar yaratmış  Nodar Şaşıqoğlu 1927-ci  ildə Batumidə  anadan olmuş, 2013-cü ildə  isə  Bakıda vəfat etmişdir. Kinoda 10-dan çox,  teatrda  isə  dəfələrlə artıq  obrazlar  yaratsa da, tamaşaçı onu ilk növbədə  Uzaq sahillərdə”  filmindəki “Mixaylo”—Mehdi Hüseynzadə kimi tanımışdır.

 

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində  Nodar Şaşıqoğlunun 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə Xalq artistləri Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, Aleksandr Şarovski, Əməkdar artist Fuad Osmanov və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Teatrkino aktyorları, sənətkarla bir səhnəni paylaşmış tərəf müqabilləri tədbirdə onun həyat və yaradıcılığı, peşəkarlığı haqqında söz açıb öz xatirələrini bölüşmüşlər. Jurnalistpublisist R.Qurbanlı böyük sənətkarın milli kinomuzda qoyduğu  əbədi izdən və onunla olan görüşlərindən ətraflı danışmışdır.

Sonda Nodar Şaşıqoğlunun baş rollardan birini ifa etdiyiTelefonçu qız “ filmindən unudulmaz bəstəkar Tofiq  Quliyevin  “Bakı” mahnısı səsləndirilmişdir.

Nodar Şaşıqoğlu yaradıcılıq fəaliyyətinə başlayandan tamaşaçı kütləsinin diqqətini çəkmiş, həm teatrda, həm də kinoda yaratdığı qəhrəmanlar bu günxalq tərəfindən sevə-sevə yada salınır. Ona böyük şöhrət gətirən isə “Uzaq sahillərdə” filmindəki MixayloMehdi Hüseynzadə obrazı olub. Onun oynadığı rollar zəngin ifadə vasitələri, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq  qəzeti.- 2017.- 10 oktyabr.- S.7.