Tariximizin kino salnaməçisi

 

Bu, danılmaz həqiqətdir ki, tamaşaçı filmə operatorun gözü ilə baxır. Deyirlər ki, operatoru istedadlı olan film asanlıqla uğur qazanar. Milli kinomuzda da belə peşəkar operatorlar olub. Onların sırasına Xan Babayev, Teyyub Axundov, Rasim Ocaqov, Rasim İsmayılov, Zaur Məhərrəmov, Rafiq Qəmbərov, Kənan Məmmədov başqalarını daxil etmək olar. Xalq artisti Muxtar Dadaşovun da bu sahədə əvəzsiz xidmətləri var. Muxtar müəllim ustad operator olmaqla yanaşı, həm kinorejissor kimi fəaliyyət göstərmişdir. Onun lentə aldığı sənədli filmlər tariximizin əsl kino salnaməsidir.

1913-cü ildə Bakıda dünyaya göz açan Muxtar Dadaşov şərəfli ömür yolu keçmişdir. Hələ 11 yaşında ikən dram teatrında uşaq rolunda çıxış etmiş, 15 yaşında isə onuSevilfilmində Gündüz rolunda çəkmişdilər. O, uşaqlıqdan kino sənətinə meyillənmiş sonrakı həyatı da elə kino ilə bağlanmışdı.

1931-ci ildən operator assistenti kimi filmlərdə işləmişdi. Bu vaxtdanKöçərilər”, Lökbatan”, “Neft simfoniyasısənədli, “26 Bakı komissarıbədii filmlərində operator assistenti kimi çalışmışdır.

Muxtar Dadaşov professional operator təhsili almaq istəyirdi. Bunun üçün 1933-cü ildə Moskvaya gedərək, üç il ərzində operator kimi təkmilləşir, Moskvada bir sıra filmlərin çəkilişlərində iştirak edir, hətta görkəmli rus kinematoqrafçısı M. VernerinCanlı Allah” bədii filmində aktyor M. Ştauxla birgə baş rolda çəkilir.

O, sənətə böyük arzularla gəlmişdi. İstəyirdi ki, Azərbaycan kinosunun yaranmasında formalaşmasında öz xidmətlərini göstərsin, dəyərli filmlər çəksin. Yaratdığı sənədli filmlər həmişə öz aktuallığı ilə seçilmiş, dövrün çox mühüm ictimai-siyasi hadisələri bu filmlərin əsas mövzsunu təşkil etmişdi. Bu filmlərin çoxunun adından onların mövzuları aydın duyulurdu.Sovet Azərbaycanı”, “Bizim Azərbaycan”, “Ana yurdum, Azərbaycan”, “Sovet Azərbaycanının 50 illiyi”, “Respublika haqqında həqiqət s. filmlərində rejissor doğma torpağa məhəbbət hisslərini, Azərbaycanın əsrarəngiz təbiətini, tarixi şəxsiyyətlərimiz haqqında həqiqətləri ecazkar kino dili ilə tərənnüm edirdi.

1939-cu ildə M. Dadaşov rejissor-operator kimiSamur-Dəvəçi kanalıkinooçerkini çəkir.

Muxtar müəllim Azərbaycanın məşhur ziyalıları ilə həmişə yaxından dostluq edirdi. O, Mirzə İbrahimov, Süleyman Rəhimov, İmran Qasımov, Ənvər Məmmədxanlı, Tofiq Quliyev başqaları ilə tez-tez görüşər, yaradıcı söhbətlər aparardı. Xalq rəssamı Mikayıl Abdullayev Muxtar müəllimə yazırdı: “Sizin gözəl sənətiniz doğma xalqımız haqqında bütöv bir epopeyadır”. Doğrudan da, Muxtar Dadaşov Azərbaycan kinosunun yenicə yaranmağa başladığı illərdə bu sənətə gəlmişdi öz həyatını 90-cı illərə qədər bütünlüklə kinoya həsr etmişdi. Demək olar ki, 30-cu illərdən başlayaraq operator, rejissor kimi Azərbaycan həqiqətlərini kinomuzun canlı səhifələrinə çevirmişdi.

Muxtar müəllim deyirdi: “Kino həyatın aynasıdır. Bu ayna böyük Sabir demişkən: “düzü-düz, əyrini-əyriəks etdirməyə qadir olan möcüzədir. O, təmiz, ləkəsiz, pak duyğularla canını sənətə fəda edən istedadlı, namuslu, bacarıqlı, professional şəxslərin əlində olmalıdır”.

Operator kimi çəkdiyi filmlərdə həmişə işıq-kölgə münasibətləri, dekorasiyaların çox ustalıqla ekranda canlandırılması onun professionallığından xəbər verirdi.

Muxtar Dadaşov operator rejissor kimi bədii filmlərdə çalışmışdır. 1945-ci ildə çəkilmişArşın mal alanfilmində o, operator köməkçisi olmuşdu. Leyla xanım Bədirbəyli filmin çəkilişlərini xatırlayaraq deyirdi: “Muxtarla ilk işimArşın mal alanfilmində olub. Filmin çəkilişləri zamanı rejissor Rza Təhmasib tez-tez soruşardı: “Nəyə görə istəyirsən ki, sənin planlarını, xüsusilə iri planlarını Muxtar Dadaşov çəksin?” Bir dəfə mən bu sirri açdım. Dedim, Muxtar aktyorun daxili aləminə nüfuz etməyi bacarır . Mənim bu sözlərim Təhmasibin xoşuna gəldi, sonra daha bu mövzuya qayıtmadı”.

Quruluşçu rejissor kimi ilk bədii filmiQanun naminəoldu. Bu filmi Süleyman RəhimovunMehmanpovesti əsasında çəkmişdi. Filmdə əsərdən fərqli cəhətlər çoxdur. Amma ideya bütövlükdə saxlanılmış çox uğurlu bir film yaranmışdır. Muxtar Dadaşov çəkiliş üçün dağ rayonlarından birini seçmişdi. Adil İsgəndərov, Mustafa Mərdanov, Rza Təhmasib, Rza Əfqanlı, Nəsibə Zeynalova, Əliağa Ağayev, Nəcibə Məlikova başqalarının yaratdığı rollar filmin səviyyəsinə öz təsirini göstərmişdi.

Qanun naminəfilmi ekranlara çıxandan sonra povestin müəllifi Süleyman Rəhimov yazırdı: “Dostum M. DadaşovMehmanpovestini sənətkarlıqla, məharətlə ekranlaşdırmış, mənə intəhasız fərəh bəxş etmişdir”. Onu da əlavə edək ki, film bu gün ekranlarımızda tez-tez nümayiş etdirilir.

Muxtar DadaşovunBakıda küləklər əsirfilmi Böyük Vətən müharibəsi mövzusunda çəkilmiş çox dəyərli filmlərimizdəndir. Kinorejissor müharibə mövzusunda hələ 1943-cü ildəBakı döyüşüradlı sənədli film çəkmişdi. Bu filmdə müharibənin gedişi vaxtı S. Vurğunu, Üzeyir bəyi, kimyaçı alim Y. Məmmədəliyevi, eləcə neftçilərdən G. Əliyevi, A. Nematullanı, R. Rüstəmovu başqalarını kinolentə daxil etmişdi. Bu filmdə istedadlı rejissor xalqımızın müharibə illərində arxa ön cəbhədə göstərdiyi hünəri, casusların ifşa edilməsində qəhrəman çekistlərimizin ayıq-sayıqlığını, onların çox cəsarətli əməliyyatları nəticəsində Bakının neft mədənlərinin partladılmasının qarşısının alınmasını ustalıqla əks etdirmişdi.

O, tədqiqatçı rejissor idi. Çəkdiyi tarixi filmlər üçün zəngin material toplayır, alimlərlə məsləhətləşir, sonra onları lentə alırdı. EləNəriman Nərimanovfilminin çəkilişi zamanı da belə olmuşdu. N. Nərimanovun Genuya konfransındakı çıxışını əks etdirən kadrları Moskva arxivlərinin birindən tapıb, filmə gətirmişdi.

Muxtar Dadaşov ömrünün son illərinə qədər böyük həvəslə filmlər çəkir, filmlərdə məsləhətçi kimi iştirak edirdi.

Onun yaradıcılığı Azərbaycan kinosunun 50 ildən artıq bir dövrünü əhatə edir. Bu böyük sənətkarın əsərləri dünyanın bir sıra ölkələrində göstərilmiş, maraqla qarşılanmışdır. Rejissorun gərgin, yaradıcı əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, o, “Xalq artistifəxri adına, “Şöhrətordeninə, Dövlət Mükafatına layiq görülmüşdür.

Muxtar Dadaşovun yaradıcı irsi Azərbaycan kino tarixinin, bütövlükdə, milli mədəniyyətimizin çox qiymətli səhifələrini təşkil edir

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.- 17 sentyabr.- S.6.