NaxçıvandaMilli Musiqi Günüqeyd olunub

 

Sentyabrın 18-də Naxçıvan şəhərindəki Heydər Əliyev SarayındaMilli Musiqi Günümünasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2017-ci il 18 sentyabr tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətlərinə görə Əsgərov Amil Əkbər oğlu, Əsgərov Səməd Elşən oğlu, Fərzəliyev Arzu İsmayıl oğlu Həsənova Qəribə İbrahim qızı Naxçıvan Muxtar RespublikasınınƏməkdar artistifəxri adı ilə təltif olunublar.

Ali Məclisin sədri təltif olunanlara Naxçıvan Muxtar RespublikasınınƏməkdar artistifəxri adının döş nişanını vəsiqəsini təqdim edib.

Təltif olunanlar əməklərinə verilən qiymətə görə minnətdarlıq edib, bundan sonra da muxtar respublikada mədəniyyətin, eləcə musiqi sənətinin inkişafında səylərini əsirgəməyəcəklərini bildiriblər.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət turizm naziri Natəvan Qədimova tədbirdə çıxış edərək deyib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1995-ci ildə imzaladığı fərmana əsasən hər il ölkəmizdə Şərqdə ilk musiqili teatr sənətinin banisi, Azərbaycan musiqisinin klassiki, görkəmli alim-musiqişünas, publisist, dramaturq, pedaqoq ictimai xadim Üzeyir Hacıbəyovun doğum günü – 18 sentyabrMilli Musiqi Günükimi qeyd olunur. Novator sənətkar olan Üzeyir Hacıbəyov Azərbaycan klassik musiqisinin bütün janrlarının bünövrəsini qoyub. Bu gün ölkəmizdə onun Naxçıvan Muxtar Respublikasında da milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Muxtar respublika mədəniyyəti özünün yeni inkişaf dövrünü yaşayır. Bu yüksəlişin fonunda milli musiqi sənətinin inkişafı təmin olunub. Son illər Naxçıvan şəhərində, rayon mərkəzlərində kəndlərdə yeni musiqi məktəbləri tikilib istifadəyə verilib, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazası gücləndirilib, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının Aşıqlar Birliyinin fəaliyyəti təmin edilib. Muxtar respublikada milli musiqimizin təbliği istiqamətində mühüm tədbirlər görülür, yaradıcı kollektivlərin xarici ölkələrə qastrol səfərləri təşkil edilir. Musiqimizin inkişafı istiqamətində görülən tədbirlər uşaq musiqi, incəsənət bədii sənətkarlıq məktəblərini əhatə edib. Son illər 20-dən çox musiqi məktəbi üçün bina inşa olunaraq ya yenidən qurularaq istifadəyə verilib. Hazırda muxtar respublikada 27 uşaq musiqi, incəsənət bədii sənətkarlıq məktəbi fəaliyyət göstərir.

Sonra Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin rəqs qrupunun ifasında konsert olub.

Orkestrin bədii rəhbəri dirijoru Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundov, baletmeyster Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Tamerlan Bağırovdur. Konsertdə görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Tofiq Quliyevin, Fikrət Əmirovun, Niyazinin, Vasif Adıgözəlovun, Ramiz Mirişlinin, dünya musiqisinin korifeylərindən Volfhanq Amadey Motsartın, İohan Bramsın, Antonio Vivaldinin, İohan Ştrausun, Karlos Qardelin əsərlərindən parçalar, eləcə xalq mahnıları səslənib, milli musiqi alətimiz balabanda Azərbaycan xalq mahnısıSarı gəlinifa olunub. Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfovun, Gülyanaq Fərzəliyevanın, Mübariz Əsgərovun, Vilayət İsmayılovun Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfüqar Mahmudovun çıxışları alqışlarla qarşılanıb, rəqs qrupu milli dünya rəqs nümunələrini məharətlə ifa edib.

Ali Məclisin sədri konsertdən sonra səhnə arxasına keçərək ifaçılarla görüşüb, onlarıMilli Musiqi Günü uğurlu çıxışlarına görə təbrik edərək deyib: Bugünkü uğurlu konsert proqramı bir daha göstərdi ki, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri bütün səhnələrdə çıxış etməyə qadirdir. Son illər Naxçıvan musiqi həyatında böyük uğurlar qazanılıb, orkestrlər yaranıb, dəyərli musiqiçilər yetişib. Bütün bunlar yaradılan şəraitin nəticəsində mümkün olmuşdur. Muxtar respublikada musiqi təhsilinin bütün pillələri üzrə kadr hazırlığı təmin edilmişdir. Kəndlərdə fəaliyyət göstərən musiqi məktəbləri, dərnəklər, Naxçıvan Dövlət Musiqi Kolleci, Naxçıvan Dövlət Universitetinin Konservatoriyası muxtar respublikada ixtisaslı musiqiçi kadrların yetişməsinə, musiqi mədəniyyətinin inkişafına milli musiqimizin yaşadılmasına xidmət edir. Musiqinin sərhədi milləti yoxdur. Bu gün Üzeyir Hacıbəyovun əsərləri hansı ölkədə ifa olunsa, ölkəmizdəki qədər seviləcəkdir. Eyni zamanda Bethovenin, Motsartın əsərləri bütün dünya ölkələrində səhnələri fəth edir. Bugünkü konsertdə həm xalq yaradıcılığı nümunələri, həm görkəmli Azərbaycan dünya bəstəkarlarının əsərləri ifa olundu.

Ali Məclisin sədri muxtar respublikada istedadlı musiqiçilərin yetişməsinin uğurlu konsertlərin təşkilinin fəxr doğurduğunu bildirib, orkestrin bədii rəhbərinə bütün kollektivə təşəkkür edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra xatirə şəkli çəkdirilib.

 

Xalq qəzeti.- 2017.-19 sentyabr.- S.2.