İSESCO-nun islam dünyası üçün mədəniyyət strategiyası təkmilləşdiriləcək

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi İSESCO ilə qarşılıqlı əməkdaşlıq edir. Nazirliyimiz  bu nüfuzlu beynəlxalq təşkilatın müxtəlif proqram və layihələrinin fəal iştirakçısıdır. Məhz bu  dövlət  qurumumuzun təşəbbüsü ilə İSESCO üzrə Azərbaycan Milli Komissiyası yaradılmışdır. Hazırda Azərbaycan Respublikası İSESCO Baş Assambleyasına sədrlik edir  ölkəmiz İSESCO-nun İslam Dünyası üçün Mədəniyyət Strategiyasının Tətbiqi üzrə Məşvərət Şurasının üzvüdür.

Bu  günlərdə Sudan Respublikasının Xartum şəhərində təşkil olunan İSESCO-nun İslam Dünyası üçün Mədəniyyət Strategiyasının Tətbiqi üzrə Məşvərət Şurasının 15-ci iclasında  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyini Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin sektor müdiri Y.Hüseynli təmsil edib.

İclas zamanı İSESCO-nunİslam Dünyası üçün Mədəniyyət Strategiyası”nın təkmilləşdirilmiş layihəsinin, “Mədəniyyət və şəhərlə bağlı Qaydalar”ın, “İnkişafın mədəni göstəriciləri üzrə Təlimat”ın, “İslam dünyasında mədəni irsin qorunması haqqında Bəyannamə”nin layihələri müzakirə olunub. İSESCO Məşvərət Şurasının üzvləri həmçinin “Mədəniyyət nazirlərinin  İslam Konfransında iştirakına dair Prosedur Qaydaları”nın layihəsini və “İslam Dünyası üçün Mədəniyyət Strategiyasının tətbiqi üzrə Məşvərət Şurasının Prosedur Qaydaları”na təklif olunan əlavələri nəzərdən keçirmiş, “Mədəniyyət nazirlərinin 10-cu İslam Konfransının gündəliyinin layihəsi”ni təsdiq etmişlər.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.- 20 sentyabr.- S.7.