Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib

 

Türkiyə Respublikası Yeditepe Universitetinin dosenti, Azərbaycanın Əməkdar rəssamı, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, Dünya Azərbaycanlı Rəssamlar Birliyinin sədri Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki  seçilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, T.Rzayev Türkiyə ilə Rusiya Federasiyası arasındakı mədəniyyət və sənət əlaqələrinin inkişafındakı xidmətlərinə görə həmin medala layiq görülüb.

Rusiya Rəssamlıq Akademiyasının yaradılmasının 260 illik yubileyi çərçivəsində keçirilən tədbirdə medalı Rusiya Rəssamlıq Akademiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri, akademik Zurab Tsereteli təqdim  edib.

Təqdimat mərasimində Azərbaycan və Rusiyanın Xalq rəssamı, Rusiya Sənət Akademiyasının akademiki Tahir Salahov, Mimar Sinan Universitetinin rektoru, professor Yalçın Karayağız, professor Aydın AyanYeditepe Universitetinin gözəl sənətlər fakültəsinin dekanı, professor Gülveli Kaya və digər qonaqlar iştirak ediblər.

 

Xalq qəzeti.- 2017.- 21 sentyabr.- S.4.