Azərbaycan Beynəlxalq Qastronomiya festivalında təmsil olunub

 

Azərbaycanın Dostları Assosiasiyası Azərbaycan Evinin  təşkilatçılığı ilə ParisdəBeynəlxalq Qastronomiya şəhərciyi”ndə Azərbaycan da təmsil olunub. Fransa paytaxtında keçirilən bu genişmiqyaslı tədbirdə 40-dan çox ölkə iştirak edib. Şəhərciyin məqsədi Fransada, xüsusilə, Parisdəmüxtəlif millətlərin çoxluq təşkil etdiyi bir şəhərdə tolerantlıq multikulturalizmin daha da möhkəmlənməsi, xalqlar arasında mədəni irs mübadiləsinin genişlənməsinə  xidmət etməkdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda deyilir ki, şəhərciyin açılışında Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel, Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, Paris meriyasının nümayəndələri, müxtəlif kulinariya assosiasiyaları, məşhur aşpazlar, eləcə iştirakçı ölkələrin səfirləri rəsmi nümayəndələri iştirak ediblər.

Sena çayınınn sahilində 3 gün davam edən tədbir zamanı Azərbaycana məxsus olan pavilyon şəhərciyin ən çox ziyarət olunan məkanlarından biri olub. Milli üslubda bəzədilmiş pavilyonda milli mətbəximizdən nümunələr, dadlı-ləzzətli xörəklər, şirniyyat içkilərin dequstasiyası satışı həyata keçirilib. Zəngin mədəni irsimizdən nümunələr, geyim bəzək əşyaları, milli sənətkarlıq nümunələri nümayiş olunub. Pavilyonda milli yeməklərimizin hazırlanmasının birbaşa təqdimatı ziyarətçilərin diqqətini çəkib.

Beynəlxalq Qastronomiya şəhərciyi  musiqi proqramında iştirakçı ölkələr milli musiqi rəqslərini təqdim ediblər. Parisdə Azərbaycan məktəbinin şagirdləriUzundərə”, “Naz eləmə digər Azərbaycan rəqslərini ifa ediblər.

Qeyd edək ki, Azərbaycan iki ildirBeynəlxalq Qastronomiya şəhərciyi”ndə təmsil olunur.

 

Samirə ƏLİYEVA,

 

Xalq qəzeti.- 2017.- 28 sentyabr.- S.7.