Milli Kitabxanada beynəlxalq konfrans

 

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Azərbaycan Milli Kitabxanasında (AMK) “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalarmövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir.

Tədbirdə Türkiyə, Böyük Britaniya, Misir, Rusiya, Malayziya, BosniyaHerseqovina, Moldova, Belarus, Özbəkistan milli kitabxanalarının , ABŞ-ın Los- Ancelesdəki UCLA Universiteti kitabxanasının əməkdaşları təmsil olunmuşlar.

Qonaqları əvvəlcə Fəxri xiyabanda ümummilli lider, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmiş, abidələri önünə əklillər qoymuş, Şəhidlər xiyabanında Vətən uğrunda şəhid olanların xatirəsini yad etmişlər.

Tədbir iştirakçıları Mədəniyyət və Turizm NazirliyininAvtomat Kitab Köşkü” layihəsinin təqdimatında iştirak etmişlər.

Nazir Əbülfəs Qarayev tədbirdə iştirak edən xarici ölkə kitabxanalarından gələn qonaqlarla görüşmüş, ölkələr arasında əlaqələrin genişləndirilməsi, mədəni sərvətlərin tanıdılmasının əhəmiyyətindən danışmış, bu işdə milli kitabxanaların rolunun əvəzsiz olduğunu vurğulamışdır. Azərbaycan Milli Kitabxanasının bu sahədə həyata keçirdiyi tədbirləri təqdirəlayiq hesab edərək kitabxananın fəaliyyətini yüksək qiymətləndirmişdir.

ABŞ-ın UCLA Universitet kitabxanasının əməkdaşı David Hörş, Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman, Rusiya Milli Kitabxanasının direktoru Aleksandr Vislıy, Misir Milli Kitabxanasının sədri Əhməd Əl-Şuki çıxış edərək Azərbaycanda kitaba, kitabxanaya, mütaliəyə böyük dəyər verildiyini, tədbirin keçirilməsinə görə təşkilatçılara təşəkkürlərini bildirmişlər.

Sonra qonaqlar Azərbaycan Milli Kitabxanası, Prezident Kitabxanası və AMEA-nın Mərkəzi Elmi Kitabxanası ilə yaxından tanış olmuşlar.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.- 30 sentyabr.- S.10.