Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 363                                                                                                                                 Bakı şəhəri, 12 sentyabr 2017-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 11, maddə 1072, ¹ 12, maddə 1247; 2012, ¹ 1, maddə 40, ¹ 3, maddə 256, ¹ 10, maddə 1016, ¹ 11, maddə 1207; 2013, ¹ 6, maddələr 745, 757, ¹ 7, maddə 868, ¹ 8, maddələr 1005, 1018, ¹ 11, maddə 1466, ¹ 12, maddə 1639; 2014, ¹ 1, maddə 69, ¹ 2, maddələr 191, 201, 207, ¹ 3, maddələr 307, 317, ¹ 4, maddə 449, ¹ 5, maddə 560, ¹ 6, maddələr 733, 747, ¹ 7, maddələr 920, 953, ¹ 10, maddələr 1287, 1319, ¹ 11, maddələr 1505, 1506, ¹ 12, maddə 1656; 2015, ¹ 1, maddə 71, ¹ 4, maddə 465, ¹ 5, maddə 609, ¹ 6, maddə 790, ¹ 7, maddə 893, ¹ 11, maddələr 1415, 1421, ¹ 12, maddə 1573; 2016, ¹ 2 (II kitab), maddələr 367, 384, ¹ 4, maddələr 774, 830, ¹ 5, maddə 955, ¹ 7, maddələr 1340, 1355, 1358, ¹ 8, maddələr 1446, 1448, ¹ 9, maddə 1578, ¹ 11, maddə 1928, ¹ 12, maddələr 2219, 2233; 2017, ¹ 2, maddə 277, ¹ 4, maddə 624, ¹ 5, maddələr 972, 986, ¹ 6, maddə 1247; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 iyul tarixli 281 nömrəli 13 iyul tarixli 287 nömrəli qərarları) ilə təsdiq edilmiş  2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 22.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“22.1. Malların nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu, gömrük rəsmiləşdirilməsi rəsmiləşdirilmə prosesinin onlayn monitorinqi”.

2. 22.4-cü bənd ləğv edilsin.

3. Aşağıdakı məzmunda 22.13-22.15-ci bəndlər əlavə edilsin:

“22.13. Gömrük əməliyyatları ya gömrük proseduru ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi

22.14. Mallar haqqında gömrük sərhəd buraxılış məntəqələrində qeydə alınan məlumatların verilməsi

22.15. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş hallarda idxal-ixrac vergilərindən azadolma haqqında sertifikatın verilməsi”.

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 13 sentyabr.- S. 6.