Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 1 aprel tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Biometrik informasiya xidmətlərinin sahələr üzrə fəaliyyətinin təşkili və tənzimlənməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 395

Bakı şəhəri, 28 sentyabr 2017-ci il

 

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respub-likasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 1 aprel tarixli 50 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 4, maddə 268; 2014, ¹ 6, maddə 747) ilə təsdiq edilmiş “Biometrik informasiya xidmətlərinin sahələr üzrə fəaliyyətinin təşkili və tənzimlənməsi Qaydaları”nın 11.6-cı bəndində “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə və “Azərbaycan Respublikasının qanunvericiliyinə” sözləri Azərbaycan Respublikasının “Lisenziyalar və icazələr haqqında” və “Biometrik informasiya haqqında” qanunlarına” sözləri ilə əvəz edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 30 sentyabr.- S.9.