Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısında dəyişikliklər edilməsi barədə

 

18 Bakı şəhəri, 26 yanvar 2017-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Res-publikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanının 6.2-ci, 6.5-ci bəndlərinin Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə 2016-cı il 9 avqust tarixli 1008 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, 9, maddə 869; 2007, 1, maddə 45, 3, maddə 312, 10, maddə 1021; 2008, 2, maddə 116; 2009, 6, maddə 491, 10, maddə 846, 12, maddə 1061; 2010, 3, maddə 264, 4, maddə 359, 7, maddə 702, 12, maddə 1122; 2014, 3, maddə 321, 10, maddə 1322; 2015, 4, maddə 474; 2016, 2 (II kitab), maddə 366, 3, maddə 610, 5, maddə 951, 8, maddə 1431; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli 327 nömrəli qərarı) ilə təsdiq edilmiş Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısında aşağıdakı dəyişikliklər edilsin:

1. 15-ci hissədə ali təhsil pilləsinin müxtəlif səviyyələrinə və tam orta təhsil bazasında orta ixtisas müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərdən sənədlərin götürülməsi, sözləri orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriatmagistratura (tibb təhsili üzrə əsas təhsil və rezi-dentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi. sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 42-ci hissə əlavə edilsin:

42. Dövlət qulluğu üzrə test imtahanlarında iştirak etmək.

 

Yaqub Eyyubov,

Azərbaycan Respublikası

Baş nazirinin birinci müavini

 

Xalq qəzeti.- 2017.- 28 yanvar.- S.8.