Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması verilməsinin prosedur Qaydaları”nın Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 134

Bakı şəhəri, 6 aprel 2018-ci il

 

Daşınmaz əmlakın dövlət reyestri haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 641-VQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1419 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan ­Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 10, maddə 1233; 2016, ¹ 8, maddə 1434, ¹ 10, maddə 1718; 2017, ¹ 2, maddə 317, ¹ 5, maddə 993, ¹ 10, maddə 1927, ¹ 12 (II kitab), maddələr 2485, 2540) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması verilməsinin prosedur Qaydaları”na aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

“2-1. Ərizənin sürətləndirilməklə icra edilməsi

2-1.1. Ərizəçilərin təqdim etdikləri ərizə onların istəyi əsasında icra müddəti sürətləndirilməklə qəbul edilir.

2-1.2. İcra müddəti sürətləndirilməklə qəbul edilən ərizələrin icrası daxil olmuş əvvəlki ərizələrin Qanunla müəyyən edilmiş müddətdə icrasını ləngitməmək şərtilə həyata keçirilir.

2-1.3. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərizələr Qanunun 9.2-ci maddəsinin birinci cümləsi ilə müəyyən edilmiş icra müddəti sürətləndirilməklə bir, üç yeddi günü müddətində icra olunur. Qeydiyyat müddəti Qanunun 9.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, mərzçəkmə inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar uzadıldıqda, ərizələr ümumi icra müddəti sürətləndirilməklə iki, beş on günü müddətində icra edilir.

2-1.4. İpotekanın dövlət qeydiyyatı ilə bağlı ərizələr Qanunun 20.3-cü maddəsi ilə müəyyən edilmiş icra müddəti sürətləndirilməklə bir iki günü müddətində icra olunur.

2-1.5. Bu Qaydanın 2-1.3-cü 2-1.4-cü bəndlərinə uyğun qəbul edilən ərizələrdə sürətləndirilmiş icra müddəti, ərizəçilərə verilən təsdiqetmə bildirişlərində isə sürətləndirilmiş icra tarixi göstərilir. Həmin məlumatlar elektron daşıyıcılarda aparılan daşınmaz əmlakın dövlət reyestrində qeyd olunur.

2-1.6. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına dair ərizənin sürətləndirilməklə icrası zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin göstərdiyi xidmətlərə görə xidmət haqlarının tarifləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən artırma əmsalları ilə hesablanır.”.

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2018.- 10 aprel.- S.4.