“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 may tarixli 188 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 138

Bakı şəhəri, 9 aprel 2018-ci il

 

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 may tarixli 188 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 5, maddə 948) 1-ci və 2-ci hissələri ləğv edilsin.

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2018.- 10 aprel.- S.4.