Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmişGömrük sərhədindən keçirilən malların nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 178

Bakı şəhəri, 27 aprel 2018-ci il

 

Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 655-VQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 2997 nömrəli Sərəncamının 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 7, maddə 951, ¹ 12, maddə 1653; 2015, ¹ 5, maddə 615; 2016, ¹ 10, maddə 1727; 2017, ¹ 4, maddə 621, ¹ 9, maddə 1759, ¹ 11, maddə 2149) ilə təsdiq edilmişGömrük sərhədindən keçirilən malların nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 2.6.13-cü yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin aşağıdakı məzmunda 2.6-1-ci yarımbənd əlavə edilsin:

“2.6-1. gözün buynuz qişası idxal edildikdə, bu Qaydaların 2.5.1-ci yarımbəndində göstərilən sənədlərin əvəzinə gözün buynuz qişasının köçürülməsi ehtiyacları üçün gətirilməsi nəzərdə tutulan resipiyentin ixtisaslaşdırılmış tibb müəssisəsinə sifarişi, gözün buynuz qişasını tədarük edən qurumla (Göz Bankı) ixtisaslaşdırılmış tibb müəssisəsi arasında bağlanılmış müqavilə gözün buynuz qişasının Göz Bankı Assosiasiyaları Qlobal İttifaqı (Global Alliance of Eye Bank Associations) tərəfindən akkreditasiya olunmuş Göz Bankı tərəfindən tədarük olunmasını təsdiq edən sənəd, ixrac edildikdə isə bu Qaydaların 2.5.1-ci yarımbəndində göstərilən sənədlərin əvəzinə gözün buynuz qişasının köçürülməsi ehtiyacları üçün aparılması nəzərdə tutulan resipiyent barədə məlumatlar, Göz Bankı Assosiasiyaları Qlobal İttifaqı (Global Alliance of Eye Bank Associations) tərəfindən akkreditasiya olunmuş gözün buynuz qişasını qəbul edən Göz Bankı ilə ixtisaslaşdırılmış tibb müəssisəsi arasında bağlanılmış müqavilə.”.

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2018.- 29 aprel.-S.1.