Azərbaycan filmləri Kazan beynəlxalq festivalında 

 

Azərbaycanlı rejissor Tahir Tahiroğlunun  "Yubanma" filmi XIV Kazan Beynəlxalq Müsəlman Film Festivalı (qısametrajlı sənədli filmlər bölməsi) müsabiqəsi proqramı üçün seçilib.

Festivalın qeyri-müsabiqə proqramı çərçivəsində Kazan şəhərində Azərbaycan kinosunun "Nar bağı" filminin (rejissor İlqar Nəcəf) nümayişi olacaq.

Festival 2005-ci ildən hər il Tatarıstan Respublikasının paytaxtında keçirilən ən böyük film forumlarından biridir. Bu il yarışda 28 ölkədən  65 film iştirak edəcək.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.-26 avqust.- S.16.