Azərbaycanın ən qocaman anadilli rəsmi nəşri bu gün milli dövlətçilik salnaməsinə çevrilmiş tarixinin 100 – ilinə qədəm qoyur

 

Xalq qəzeti” – 99

 

Uzun illərKommunistadı ilə nəşr edilən bu qəzet bütün sovet dövrü ərzində Azərbaycanın ictimai, iqtisadi mədəni həyatının güzgüsü olmuşdur.

Heydər Əliyev

Ümummilli lider

 

 Milli mətbuatımız bu il öz tarixinin ­143-cü ildönümünü Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi tədbirlərinin davamı olaraq və dövlət müstəqilliyinin, söz azadlığının son 27 ildə təmin etdiyi yüksək demokratik ab-hava şəraitində qeyd etdi. Hər üç əlamətdar tarixin ən diqqətçəkən faktlarından biri, şübhəsiz, bir əsrə yaxın müddətdə gündəlik və ardıcıl dövri nəşr kimi işıq üzü görən, ən uzunömürlü milli qəzetimiz olanXalq qəzeti”nin yaranması və onun öz fəaliyyətini müxtəlif siyasi quruluşlarda bugünədək davam etdirməsidir.

Azərbaycan Respublikasının ana dilində gündəlik ictimai-siyasi nəşri “Xalq qəzeti”nin (1991-ci ilin avqustunadək “Kommunist” adı ilə nəşr olunmuşdur) ilk nömrəsinin çapdan çıxmasından 99 il keçir. Bugünədək qəzetin 28867  nömrəsi işıq üzü görmüşdür. Azərbaycan milli mətbuatının tarixində  davamlı şəkildə bir əsr fəaliyyət göstərmək və bu qədər sayını oxuculara təqdim etmək ikinci bir dövri nəşrə nəsib olmamışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin mətbuatın fəaliyyəti üçün yaratdığı demokratik şəraitdən istifadə edərək türk-müsəlman sosial-demokratlar olan “hümmət”çilərin 1919-cu il avqustun 29-da buraxdıqları qəzetin ardıcıl, gündəlik fəaliyyəti 8 ay sonra bolşeviklərin çevriliş yolu ilə hakimiyyəti ələ keçirməsindən sonra – 1920-ci il aprelin 30-dan başlanmışdır.

Rusiya bolşeviklərinin süngüsü ucunda iqtidara gələn yeni hökumət Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin sentyabrından nəşr etdirdiyi və 20 ayda 443 sayı çapdan çıxmış ilk rəsmi dövlət qəzetimiz “Azərbaycan”ın adını və istiqamətini dəyişməklə, onun bazası əsasındaKommunist” qəzetini buraxmağa başlamışdır.

Göründüyü kimi, sadəcə, “Azərbaycan” qəzetinin baş redaktoru Üzeyir bəy Hacıbəyli istefa vermiş, yaradıcı və texniki heyət və qəzetin əmlakı ilə bir yerdə bütün redaksiyaKommunist” qəzetinin sərəncamına keçmişdir. Bu mənada sonrakı sovet  hakimiyyəti şəraitində 71 ilKommunist” adı ilə çıxan respublikanın avanqard partiya-dövlət orqanı ilk rəsmi dövlət qəzetimiz “Azərbaycan”ın real hüquqi varisidir. Lakin kommunist liderlər və ideoloqlar qəzetin bu hüquqi-mənəvi varisliyini unutdurmaq üçün onun ilk onillik yubileyini qeyd etmək üçün nəşr tarixinin 1918-ci ilin sentyabrından yox, “Kommunist” adlı ilk və yeganə nömrənin işıq üzü gördüyü 1919-cu ilin 29 avqustundan  başlandığını məqbul saymışlar. Sonrakı onilliklərdə də bu tarix əsas götürülmüşdür.

Yeri gəlmişkən qeyd edək ki, 1991-ci ilin avqustundaKommunist” hakimiyyəti süqut edəndə  Azərbaycanın rəsmi dövlət qəzetinin ilkin adını bərpa etmək zərurəti yaransa da, “Azərbaycan” adı ilə ictimai təşkilat (Qarabağa Xalq Yardımı Komitəsi) qəzeti buraxıldığından bu addımı atmaq mümkün olmamışdır. Sovet dövründə də xalqımızın milli maraqlarına, tərəqqisinə mümkün olduğu qədər çıraq tutmuş, torpaqlarımızın bütövlüyü yolunda ümumxalq hərəkatı dövründə və müstəqillik uğrunda mübarizə dönəmində xalqla bir yerdə olmuş, suverenliyimizə sədaqətlə xidmət yolu seçmiş redaksiya kollektiviKommunist” adından imtina etdikdən sonra xalqa xidmət amalını əsas götürərək, “Xalq qəzeti” adını seçmişdir. Müstəqillik epoxasında “Xalq qəzeti”nin öz fəaliyyətini  ilk rəsmi qəzetimiz “Azərbaycan”ın mənəvi varisi kimi davam etdirilməsi qərara alınmışdır.

Hakim kommunist rejiminin ilk günlərdən başlayan, sonrakı dövrlərdə də müxtəlif formaüsullarla davam etmiş basqı və qadağalarına baxmayaraq, milli demokratik mətbuatımızın yetirmələri, jurnalistikamızın sonrakı nəsil davamçıları anadilli demoktatik qəzetçilik təcrübəsinin, milli dövlətçilik yaddaşının qorunması ilə bağlı səylərini “Kommunist” qəzetinin fəaliyyətində davam etdirmək üçün fədakarlıq göstərmişlər. Bu işdə əvvəllər “Azərbaycan” qəzetində çalışmış, milli məfkurə daşıyıcıları olan ziyalılar, publisistlər daha fəal rol oynamışlar.

Xəlqi mövqedə dayanan bəzi kommunistlər də qəzetin fəaliyyətində milli təmayülün qorunub saxlanmasına çalışmışlar. 1920 – 1921-ci illərdə Xalq Daxili İşlər Komissarlığına rəhbərlik edən kommunist komissar Həmid Sultanov 1922-ci il martın 2-də “Kommunist” qəzetində Azərbaycanın sərvətlərinin Rusiyaya daşınıb aparılması və əvvəllər bunun müqabilində Bakıya ərzaq adı altında qapılarına plomb vurulmuş boş vaqonlar gətirilməsi barədə yazı çap etdirmişdir. Martın 3-də həmin məqaləyə görə, Həmid Sultanov  Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun xüsusi iclasında vəzifədən azad edilərək həbs olunmuşdur. Gizli fəaliyyətə keçmiş müsavatçı-publisist Mirzəbala Məmmədzadə isə qəzetin bir neçə nömrəsində ali təhsilin milliləşdirilməsi barədə məqalələrlə çıxış etmişdir.

Təəssüf ki, “Kommunist” qəzetinin bu milli təmayülünü Moskvadan Azərbaycan Kommunist Partiyasının rəhbərliyinə yerləşdirilmiş Sergey Kirov, Levon Mirzoyan kimi yad və düşmən ünsürlər, Əliheydər Qarayev kimi milli hisslərdən məhrum yerli rəhbər kadrlar daim qamçılamış, redaksiyanı hədə və təhdid altında saxlamış, milli jurnalistləri müxtəlif yollarla sıradan çıxarmışlar. “Kommunist” qəzetindəki “millətçilik yuvası”nı dağıtmaq üçün dəfələrlə yüksək səviyyədə ciddi tədbirlər görülmüşdür.

 O dövrdə redaksiyada çalışan milli varlığa bağlı ziyalılar qəzetin milli-xəlqi istiqamətini qoruyub saxlamaq üçün bütün imkanlardan istifadə etmişlər. Təəssüf ki, 1922-ci ildə SSRİ yaradıldıqdan və Nəriman Nərimanov Moskvaya SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri vəzifəsinə aparıldıqdan sonra qəzetin nisbi sərbəstliyinə də son qoyulmuş, redaksiya yuxarının direktivləri və sərt nəzarəti altında fəaliyyət göstərməli olmuşdur.

1924-cü ilin aprelində Mərkəzi Komitənin ikinci katibi Əyyub XanbudaqovKommunist” qəzetində “Milli məsələyə dair  məqalə ilə çıxış edərək partiyanın milli siyasətini ciddi tənqid etmiş, milli kadrların hazırlanmasının qarşısının alındığını, yerli kadrların vəzifəyə təyinatında ayrı-seçkiliyə  yol verildiyini bildirmişdir. Məqalə Bakı Partiya Komitəsinin növbəti konfransında müzakirə edilmiş,  müəllif ciddi  cəzalandırılmış və Əliheydər Qarayevə tapşırılmışdır ki, “Kommunist  qəzetində  kök salmış “millətçilər, sovet hakimiyyətinin düşmənləri” aşkar edilərək ifşa olunsunlar.

Nəticədə, qəzetin redaksiyasında çalışan görkəmli ziyalılarımız – Əbdürrəhim bəy Haqverdiyev, Ağababa Yusifzadə, Cəfər Cabbarlı, Mir Seyfəddin Kirmanşahlı kimi  qələm sahibləri  kommunist maskası taxmış düşmənlərin güdazına getmişlər. Qəzetə redaktorluq etmiş Ruhulla Axundov, Həbib Cəbiyev, Böyükağa Talıblı, Ağababa Yusifzadə, hətta Əliheydər Qarayevin özü, tanınmış yazarlar Xəlil İbrahim, Fərhad Ağazadə, redaksiya ilə əməkdaşlıq edən neçə-neçə tanınmış yazıçı, şair millətçi damğası ilə repressiya dövründə qətlə yetirilmişlər. Belə faktların sayı-hesabı yoxdur.

Bütün bunlara baxmayaraq, “Kommunist” qəzeti 1920--30-cu illərdə həyata keçirilən mədəni inqilab, sənayeləşmə, kənd təsərrüfatının kollektivləşdirilməsi proqramlarına Azərbaycanda ideya-siyasi təminat yaradılmasında, adamların quruculuq işlərinə səfərbər edilməsində fəal rol oynamışdır. Savadsızlığın ləğvi, qadın azadlığı kimi hərəkatlarda daKommunist” qəzeti kütlələrə dəyişdirici və səfərbəredici təsir göstərmişdir.

Qəzet əlifba islahatının həyata keçirilməsində, Şərq xalqlarının və Türkoloji qurultayların təşkilində informasiya-təbliğat ruporu olmuşdur. Elmlər Akademiyasının, ədəbi-bədii təşkilatların hələ formalaşmadığı o illərdə “Kommunist” qəzetinin redaksiyası milli elmi-mədəni qüvvələri öz ətrafında toplayan başlıca mənəvi mərkəz olmuşdur. Qəzet, eyni zamanda, milli jurnalist kadrları yetişdirən, yönləndirən yaradıcılıq məktəbinə çevrilmişdir.

Ümumiyyətlə, uzun onilliklər boyuKommunist” qəzeti respublikanın ən yaxşı jurnalistlərinin qüvvəsi, təəssübkeş ziyalıların fəal iştirakı ilə nəşr edilmişdir. Qəzetin fəaliyyəti ilə sıx bağlı olan Üzeyir Hacıbəyli, Mir Cəlal, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Nəbi Xəzri, Yusif Səmədoğlu kimi yazıçı və şairlər uzun illər qəzetdə dərc olunmuş yazıları ilə milli-mənəvi dəyərlərimizi yaşatmışlar, onun sağlam yöndə inkişafını təmin etmişlər. Bu avanqard gündəlik rəsmi qəzetin ideya-siyasi və peşəkarlıq səviyyəsi sahə və bölgə dövri nəşrləri üçün örnək kimi qəbul edilmişdir. Qəzetin həyatındakı bir sıra yeniliklər, milli mətbuatımızın ümumi tarixinə önəmli fakt və hadisələr kimi daxil olmuşdur.

Müasir qəzetçilik üslubu, əsasən, “Kommunist” qəzetinin səhifələrində cilalanmış, ədəbi dilimiz bu nəşrin fəaliyyətində xeyli zənginləşmişdir. Bütün Şərqdə ərəb əlifbasından istifadə edən ölkələr arasında ilk sətri  mətnyığan linotip maşın ­1925-ci ildə ABŞ-daKommunist” qəzetinin sifarişi ilə hazırlanmışdır. Yaponiya kommunistlərinin lideri Sen Katayama o dövrdə SSRİ-yə səfəri zamanı Bakıya gələrkən redaksiyada olmuşsonralar qəzetə xaricdən ictimai əsaslarla müxbirlik etmişdir. Qəzetin Böyük Britaniya üzrə müxbiri, Britaniya parlamentinin üzvü Valton Nyubold redaksiyaya vaxtaşırı maraqlı məqalələr göndərmişdir.

Mətbuat sahəsində çalışan məşhur tərcüməçilər uzun illər “Kommunist” qəzetində formalaşmışlar. Respublikada fəhlə-kəndli müxbirlər hərəkatının və professional jurnalist təhsilinin əsasını qoyanların bir qismi də “Kommunistin təcrübəli işçiləri olmuşlar.

Redaksiyada çalışan və onunla əməkdaşlıq edən milli jurnalistikamızın sonrakı nəsil istedadlı nümayəndələri, tanınmış ziyalılar II Dünya müharibəsi illərində və sonrakı onilliklərdə aktual çıxışları ilə qəzeti xalq həyatı ilə yaxınlaşdıraraq onun nüfuzunu yüksəltmişlər. Əli Vəliyev, Rza Quliyev, İsrafil Nəzərov, Xasay Vəzirov, Ağababa Rzayev, Rəşid Mahmudov, Ramiz Əhmədov, Cəmil Əlibəyov, Tofiq Rüstəmov kimi yetkin redaktorların rəhbərliyi ilə milli mətbuatımızın ənənələri qəzetin səhifələrində yaşadılmış, zənginləşdirilmişdir.

Bu gərgin yaradıcılıq yolunun 1950--1960-cı illərində qəzetin səhifələrində milli təmayül yenidən güclənmişdir. Rəsmi dövlət nəşri olaraq qəzetin professionallığı dünya jurnalistikasının yaradıcılıq və texniki uğurlarını mənimsəməklə daim yüksəlmişdir. Mövzu genişliyi, janr əlvanlığı, operativlik, coğrafi əhatə dairəsi “Kommunisti ölkənin lider qəzeti kimi populyarlaşdırmışdır. Qəzetin ana dilimizə qayğıkeş münasibəti, ənənə və novatorluqda normativliyivarisliyi əsas götürməsi onu mükəmməl bir məktəbə çevirmişdir.

Qəzet respublikamızda canlı, təcrübi jurnalistika məktəbi kimi ən yaxşı yazarların bir neçə nəslini yetişdirib, öz nümunəsi ilə digər mərkəzi dövri nəşrlərin, bölgə mətbuatının lokomotivi rolunu oynayıb desək, həqiqəti etiraf etmiş olarıq. Redaksiyanın divarları arasında çağdaş jurnalistikamız üçün də gərəkli olan təcrübə və yaradıcılıq ənənələri formalaşmışdır.

Sovet dövründə Azərbaycanın “bir nömrəli dövri nəşri” sayılan “Kommunistin yubileyləri “milli mətbuatımızın böyük hadisəsi”, “xalq tribunasının bayramı” kimi qeyd olunmuşdur. Qəzetin 1969-cu il sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Dram Teatrının binasında keçirilmiş 50 illik yubiley mərasimində sovet dövlətinin yüksək mükafatlarından olan “Qırmızı Əmək Bayrağı” ordenini qəzetin bayrağına Azərbaycana yeni rəhbər seçilmiş ulu öndər Heydər Əliyev sancmışdır. Bu təntənəli mərasim həm də respublikanın siyasi tarixinə milli gerçəkliyimizin diqqətçəkən hadisələrindən biri kimi daxil olmuşdur. Respublikaya cəmi 2 ay əvvəl yeni rəhbər seçilmiş ümummilli lider Heydər Əliyev müxtəlif ölkələrin və xalqların təmsilçilərinin iştirak etdiyi yığıncaqda o vaxtın mövcud qaydalarına uyğun olaraq rus dilində deyil, böyük cəsarət və millətsevərlik  nümunəsi  göstərərək, AKP MK-nın birinci katibi kimi ilk dəfə məhz ana dilimizdə çıxış etmişdir.

Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra onun himayəsi ilə qəzet təkcə həyatın işıqlı tərəflərini deyil, həm də cəmiyyətdəki neqativ halları, problemləri cəsarətlə açıb göstərməyə başlamışdır. 1970-1980-ci illərdə “Kommunistin tirajı 500-600 min nüsxəyə çatmışdı və hər evdə, ailədə, bütün kollektivlərdə oxunurdu.

XX əsrin sonlarında – SSRİ-nin süqutu prosesində qəzetin kollektivi milli-azadlıq hərəkatını dəstəkləmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin önündə getmişdir. Kommunist rejiminin son dövründə qəzetdə imperiya mərkəzini və onun yerli vassallarını razı salmayan, xalqın haqq səsini yayan yazılar dərc olunmuşdur.

Kommunist” qəzeti SSRİ-də Kommunist Partiyasının buraxılmasından və Azərbaycanın dövlət suverenliyinin elan olunmasından əvvəl öz müstəqilliyini elan edərək 1991- ci  il  avqustun 27-dən sonra məhz “Xalq qəzeti” adı ilə azad mətbuat orqanına çevrilmişdir.

1994-cü ildə qəzetin 75 illik yubileyində biz yenə ümummilli liderin redaksiya kollektivinin fəaliyyətinə qayğıkeş  münasibətinin şahidi olduq. ­Prezident Heydər Əliyev kollektivə göndərdiyi təbrik məktubunda bildirmişdi: “Uzun illər “Kommunist” adı ilə nəşr edilən bu qəzet bütün sovet dövrü ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olmuşdur”.

 Beləliklə ulu öndərin bu yüksək qiyməti qəzetin dünəni ilə bağlı ədalətsiz münasibətə son qoymuşqocaman mətbuat orqanına yeni həyat vermişdir. 1995-ci il noyabrın 13-də ulu öndər Heydər Əliyevin zəka və məramının məhsulu  olan Azərbaycan Respublikasının Konstitusiyasını dərc etməklə “Xalq qəzeti”nin fəaliyyətində yaranmış qısa fasilə bitmiş, cəmiyyətdəki statusurolu özünə qayıtmışdır.

Xalq qəzeti” bu gün respublikanın bütün ərazisində yayımlanır, xarici ölkələrdəki səfirliklərimizə, diaspor təşkilatlarına göndərilir. Xaricdə yaşayan soydaşlarımız internet vasitəsilə hər gün qəzetimizi izləyə bilirlər. Bu günXalq qəzeti” də özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir. Digər mətbuat orqanları kimi bizim də maliyyə çətinliklərimiz olur. Texniki vasitələrlə imkan daxilində daha yaxşı  təmin olunmağa çalışırıq. Respublikanın bölgələrində redaksiyanın müxbir məntəqələri fəaliyyət göstərir.

Son 25 ildə “Xalq qəzeti” ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı ­Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tarixi islahatların və dövlət proqramlarının uğurla reallaşdırılmasının etibarlı və səmərəli informasiya təminatının yaradılmasında öz zəngin təcrübəsi ilə fəal iştirak edir.

Cümhuriyyət dövrünün ilk dövlət qəzeti “Azərbaycan”ın istiqlal amalını sovet dövründə gizli və açıq şəkildə yaşatmış “Xalq qəzeti” ölkəmiz yenidən milli dövlətçilik məfkurəsinə qovuşandan sonra azad mətbuat orqanı kimi demokratik medianın inkişaf etdirilməsi işində də öndə gedir, cəmiyyətdəki nüfuzunu gündən-günə artırır, ölkənin öncül qəzeti mövqeyini qoruyub saxlayır. Sabahdan isə bu gün 99 yaşı tamam olan qəzetimizin tarixində 100-cü ilin hesabı açılır. Tanrı öz lütfünü bizdən əsirgəməsin!

 

Həsən HƏSƏNOV,

Xalq qəzeti”nin baş redaktoru,

Əməkdar journalist

 

Xalq qəzeti.- 2018.- 29 avqust.- S.4.