Lənkəran: Azərbaycanın cənub mirvarisi 

 

Doğma Azərbaycanımızın qədim və müasir şəhərlərindən biri də Lənkərandır. Burada qədim tarixi abidələr də var, bu günün göz oxşayan müasir sarayları, parkları, xiyabanları da. İndi Qafqazın turizm xəritələrini, infotur videoçarxlarını bu şəhərsiz təsəvvür etmək çətindir. Mavi Xəzərin aynası, cənuba doğru sıralanan dağlar, zəngin meşələr Lənkəranın misilsiz gözəllik tablolarıdır. Tarixi abidələr əsrlərə şahidlik edir. Çağdaş memarlıq nümunəsi olan binalar, yaraşıqlı parklar, rəngarəng mənzərələr xoş ovqat yaradır. Bura sözün əsl mənasında, cənub mirvarisidir.

On səkkizinci əsrin ortalarında Lənkəran qalası ilə eyni vaxtda burada məşhur mayakın da inşasına başlanıb. İndiqalan bu mayak şəhərin ümumi mənzərəsində o qədər nəzərə çarpmasa da, Lənkəran özü cənub bölgəsinin mayakına çevrilib, gözəlliyi ilə hər kəsi heyran qoymaqdadır. Şəhərin sosial siması durmadan dəyişir. Lənkəranlılar dövlət universiteti, kolleclər, regional televiziya, dövlət dram teatrı, gözəl mehmanxanalar, turizm mərkəzləri, aeroport, beynəlxalq standartlara cavab verən mərkəzi stadionla fəxr edirlər. 

Yaşıllıqları göz oxşayan bu şəhər ölkəmizin cənubunda qocaman Xəzərin zümrüd qaşına bənzəyir. Vaxtilə burada gözəl bir ənənə olub: şəhərə gələn qonaqlar düşdükləri ünvanda mütləq ağac əkməli idilər. Bir vaxt Süleyman Sani Axundov Lənkəranda yaşayıb-yaradan Müslüm Maqomayevgildə qonaq olarkən adətə riayət edərək onun bağçasında ağac əkib. Lənkəran şəhərinin fəxri vətəndaşı olmuş böyük rus şairi Nikolay Tixonov isə şeirlərinin birində yazırdı:

 

Səfalı Lənkəran torpağında mən

Bir eldar ağacı əkdim bir səhər...

 

Lənkəranın yaşıl libası, Hirkan Milli Parkı, Qızılağac Dövlət Təbiət Qoruğu, Kiçik Qızılağac Təbiət Yasaqlığı bölgənin florafauna zənginliyini əks etdirir. Füsunkar təbiət, məhsuldar torpaqlar indiyerli iqtisadiyyatın əsasını təşkil edən ənənəvi əkinçilik və bağçılıq mədəniyyətinin formalaşmasını şərtləndirib. Yaşıllaşdırma aylığının keçirilməsi ilə bağlı rayonda 21 min ağacgül kolu əkilib, onlara yüksək aqrotexniki qulluq göstərilir və qorunması ilə bağlı tədbirlər görülür.

Son illər regional inkişaf üzrə dövlət proqramlarının icrası ilə əlaqədar həyata keçirilən tədbirlər sayəsində “subtropik zonanın paytaxtı” sayılan Lənkəran, eləcə də Liman şəhəri, qəsəbə və kəndlər simasını xeyli dəyişib, abadlaşıb. Bildiyimiz kimi, ­Prezident İlham Əliyev ölkənin inkişafının yeni strategiyasını müəyyənləşdirərək uğurla həyata keçirir. Təkcə paytaxtiri şəhərlər deyil, əyalət də tərəqqidən öz nəsibini alır. Lənkəranın uğur hekayələri bunun əyani sübutudur. 

Bir neçə ildir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinə Taleh Qaraşov rəhbərlik edir. İdarəetmə sahəsində zəngin təcrübəsi var. Onun və “komanda”sının uğurlu səyləri ilə rayonun iqtisadi potensialı artıb,  bütün daxili imkanlar səfərbərliyə alınıb. İşgüzar mühitin formalaşması, tapşırılan işə görə məsuliyyət hissinin güclənməsi uğurların başlıca açarıdır.   

Lənkəranın ağsaqqal şairi İltifat Salehin dedikləri:

– Hər kəsə doğulduğu yer daha şirindir. Amma Lənkəran hamı üçün cazibəli məkandır. Mavi Xəzərdən tutmuş Xanbulançayın əsrarəngiz gözəlliklərinə kimi burada hər şey insanı ilhama kökləyir. Kimsə deyib ki, Lənkəranda quşlar gecələr də oxuyur. Cənub bölgəsinin uca dağları, yaşıl ormanları, bir sözlə, bütün təbiəti başdan-ayağa poeziyadır, yaradıcılıq cövhəridir. Ona görə də burada yaşayıb-yaradan qələm sahiblərinin əsərlərində məkanın gözəllikləri daha vüqarla boy göstərir.

Lənkəranda idarəetmənin təkmilləşdirilməsi, çevik texnologiyaların tətbiqi, təşəbbüslərə əməli dəstək verilməsi, insan resurslarının səmərəli yönləndirilməsi təqdirəlayiqdir. Bütün bunlar Lənkəranı cənub bölgəsinin şəksiz lider şəhərinə, həmişəlik öncül mədəni mərkəzinə çevirib. 

Ölkə prezidentinin qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü tədbirlər Azərbaycanın hər bir regionunun hərtərəfli inkişafına geniş imkanlar açır, yeni infrastruktur layihələri  icra olunur, şəhərlərin, qəsəbə və kəndlərin simasını tamamilə dəyişən  genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Respublikanın hər yerində olduğu kimi, Lənkəran rayonununda da bu işlər sürətlə davam edir, nəzərdə tutulan tədbirlər vaxtında və yüksək səviyyədə icra olunur.

Rayonun daha bir ağsaqqalı, 96 yaşlı adlı-sanlı veteranı Kamal Kələntərli dostunun sözünə qüvvət verərək əlavə etdi:

– Lənkərana yenicə başçı təyin olunandan bir-iki gün sonra bizimlə görüşən Taleh Qaraşov demişdi ki, həmişə ağsaqqalların sözünə, məsləhətinə, təkliflərinə ehtiyacımız var. Elə bu görüşdən də məqsəd sizin fikirlərinizi öyrənmək, tövsiyələrinizi eşitməkdir. Bütün bunlar fəaliyyətimizin mühüm elementi olacaq... Orada söylənənlər sonradan rayonun inkişaf proqramına daxil edildibir-bir icra olunmağa başladı. Qısa müddətdə Lənkəranda çox işlər görüldü: yolların çəkilişi, qaz təchizatının sürətlənməsi, sosial obyektlərin inşası və sair. İşin  işbilənə tapşırılması, bax, budur!

2018-ci ilin ilk 6 ayında Lənkəranda ümumi məhsul buraxılışı 169,1 milyon manat  təşkil  edib. Sənayedə 16,2 milyon  manatlıq və ya ötən  ilin müvafiq  dövrünə  nisbətən 4,8 faiz çox məhsul istehsal olunub. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 5,6 faiz artıb və ümumi həcmdə onun xüsusi çəkisi 70,1 faizə çatıb. Sənaye sahəsində  işləyənlərin  orta  aylıq  əmək  haqqı 342 manatdır. Bu dövrdə  rayonda iqtisadiyyatın və sosial  sferanın  inkişafına  34.6 milyon manatlıq investisiya yönəldilib. Tikinti-quraşdırma işlərinə sərf olunan investisiyanın həcmi 34,1 milyon manat təşkil edib.

Rayonda quruculuq-abadlıq işləri daha da genişləndirilib, Lənkəran şəhərinin küçə və xiyabanlarında, qəsəbə və kəndlərdə, magistral yolların kənarlarında evlərin divar və barıları suvaqlanıb, küçələrin əksər səki daşları və hasarları rənglənib. Sıradan çıxmış 4028 kvadratmetr tamet və 1317 poqonmetr səki daşları yenisi ilə əvəz edilib. Şəhərin park və bağlarında 21 min ədəd dekorativ ağacgül kolları əkilərək Xəzərin zümrüd “boyunbağı”sını daha da cilalayıb.

İl boyu Lənkəran şəhərinin daxili küçələri təzələnir, səliqə-sahmana salınır. Son aylarda 7 küçəyə, o cümlədən 28 May, H.Z. Tağıyev, 20 Yanvar, Hacılar, Şeyx Zahid, Miri Cavadzadə, Soltanağa Bayramov küçələrinə asfalt döşənib. Ümumilikdə şəhər daxili küçələrinin 4,5 kilometrinin asfalt örtüyü təzələnib. Şəhərin Nizami, Akademik Zərifə Əliyeva, Etibar Əliyev, Fikrət Məmmədov və digər küçələrində isə cari təmir işləri aparılıb. Eyni zamanda şəhərin Miri Cavadzadə küçəsində qəzalı vəziyyətdə olan avtomobil körpüsü daxili imkanlar hesabına yenidən tikilərək sakinlərin istifadəsinə verilib. Rayonun Əşlə kəndində ötən ilin oktyabr ayında sel sularının dağıtdığı körpü də yenidən tikilib. 

Ölkə prezidentinin sərəncamına əsasən, cari ilin birinci yarısında yeni yerlərinin yaradılması məqsədilə vətəndaşlar haqqı ödənilən ictimai işlərə cəlb olunublar. Dövlət büdcəsi hesabına şəhərdəki 4 çoxmənzilli yaşayış binasında aparılan təmir-bərpa işlərində, 5 binanın dam örtüyünün dəyişdirilməsində onların qüvvəsindən istifadə edilib. Uzun illərdən sonra aparılan bu təmir işləri həmin binalarda yaşayan sakinlər tərəfindən böyük razılıqla qarşılanıb. İlin ilk yarısında rayonun ayrı-ayrı yaşayış məntəqələrində ümumi sahəsi 11,2 min kvadratmetr olan fərdi yaşayış evləri tikilərək istifadəyə verilib.

Eyni zamanda aqrar rayon sayılan Lənkəranda bu sahə də dinamik inkişafdadır. Cari mövsum ərzində rayonun bərəkətli torpaqlarında 37,5 milyon manatlıq çeşidli kənd  təsərrüfatı məhsulu istehsal olunub. Bu ilin məhsulu üçün 7196 hektar sahədə əkin aparılıb. Məhsul yığımına başlanandan rayon üzrə 26500 ton tərəvəz, 1725 ton kartof, 1125 ton taxıl, 250 ton meyvə istehsal edilib. Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsi tərəfindən əkinlərin suvarılmasının səmərəli həyata keçirilməsi üçün cari ilin əvvəlində Xanbulan su bəndinə 29 milyon kubmetr suyun yığılması təmin edilib, istifadəçilərə 17 milyon kubmetr su verilib.

Ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi ilə bağlı cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar 2016-2018-ci illərdə rayonda 54700 ədəd tut tingi əkilib. Cari ildə ilk dəfə olaraq barama istehsalına başlanıb və qarşıya qoyulmuş proqnoz tapşırığa artıqlaması ilə əməl edilərək 3,7 ton yüksək keyfiyyətli barama istehsal edilib. 

Heyvandarlıq məhsullarının istehsalında da irəliləyiş var. İlk 6 ayda diri çəkidə 3130  ton ət, 16159 ton süd və 9,8 milyon ədəd yumurta istehsal olunub. Sahibkarlığın inkişafı hesabına 6 ay ərzində sənayedə istehsal həcminin üçdə-birindən çoxu, aqrar bölmədə hasilatın 99 faizi, pullu xidmətlərinsə 74,1 faizi özəl  bölmənin payına düşüb. Bu dövrdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən fermerlərə və adamlarına 254 min manat güzəştli kredit verilib.

Yeri gəlmişkən, Lənkəranın, ümumiyyətlə cənub bölgəsinin dükan-bazarında əlində həsir zənbil tutan adamlara daha çox rast gəlmək olur. Bu bölgədə həsirçilik erkən orta əsrlərin yadigarı olan bir sənətdir. Subtropik zonada nəmişliyin aradan qaldırılmasında həsir əvəzsiz vasitədir. Həsir zənbillər, yer döşəmələri,  pərdələr, digər məişət və bəzək əşyaları burada dəbdən düşmür. Həsirdən toxunan cecim, fərməş, xurcun, heybə, kövsərə, süfrə evlərin dəyişməz atributudur. Səbətlər həm də soyuducu rolunu oynayır, onlara yığılan meyvələr uzun müddət xarab olmur. Həsir şlyapalar adamların gündən qorunmasında mühüm rola malikdir. Əcnəbi turistlər cənubun həsirdən toxunma çantalarına, saxsı qab tutacaqlarına, asılqanlarına böyük maraq göstərirlər. Həsirlər bir zamanlar şah saraylarını bəzəyib. Cənubda uzunömürlülüyün sirlərini öyrənən mütəxəssislər belə qənaətə gəliblər ki, evlərdə həsirdən istifadə edən insanlarda yel xəstəliklərinə təsadüf edilmir...     

Lənkəranda “Vətənə sevgi, dövlətə vergi!” prinsipi aktualdır. Vergi    tədiyyələrdən  6 ay ərzində  34 milyon 375 min  manat  vəsait  daxil  olub    proqnoza  99,8  faiz  əməl  edilib. Onu da vurğulamaq lazımdır ki, Lənkəran rayonunda 2017-ci ildən dotasiyadan asılılıq ləğv edilərək özünümaliyyələşdirmə sisteminə keçilib. İlin əvvəlindən rayonda 34 milyon 375 min  manat  əmək  pensiyaları    müavinətlərin  ödənilməsinə  yönəldilib və  pensiyaların vaxtında verilməsi təmin edilib. Ötən dövrdə  məcburi dövlət  sosial  sığorta  haqlarının  yığılması  üzrə  proqnoza  102 faiz əməl olunub. Ümumilikdə 2045 yeni    yeri açılıb, onlardan  1714-ü  daimi  yerləridir.    

Rayonda əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təchiz olunması, şəhərin içməli sukanalizasiya sisteminin yenidən qurulması    digər kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsi sahəsində tədbirlər davamlı səciyyə daşıyır. Bu dövrdə rayonda 47 yeni güc transformatoru, 1300 SMART kart tipli və 3297 elektron tipli sayğac quraşdırılıb. Eyni zamanda rayonda çox güclü Lənkəran-II yarımstansiyası yenidən qurulub, şəhərin 43-cü məhəlləsində 2300 poqonmetr yeni qaz xətti çəkilib. Haftoni qəsəbəsinin qazlaşdırılması işləri başa çatdırılıb. Ucqar dağ kəndləri olan Şovu və Mollakənddə qaz xətlərinin quraşdırılması sürətlə davam etdirilir. Rayonda təbii qazla təchiz olunan abonentlərin sayı qazlaşdırılması nəzərdə tutulan abonentlərin 95 faizini əhatə edir.

Lənkəran Su-Kanal İdarəsi tərəfindən şəhərin içməli su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması davam edir. Rayonun Digah, Şiləvar, Sütəmurdov və Velədi kəndlərinə içməli su xətləri çəkilib. Müasir texnologiyanın tətbiqi nəticəsində rayonda genişzolaqlı İnternetdən istifadə edənlərin sayı 16427 nəfərə çatıb.

Rayonun təhsil müəssisələrinin maddi-texniki bazası durmadan möhkəmləndirilir.   Lənkəran Dövlət Universitetində 35 nəfərlik turizm-təcrübə bazası istifadəyə verilib, yaxın vaxtlarda  daha 2 tədris korpusunun, yataqxana və yeməkxana binalarının tikilməsi nəzərdə tutulub. Siyavar kəndində  96 şagird yerlik yeni modul tipli məktəb binası quraşdırılıb istifadəyə verilib. Dövlət başçısının sərəncamına əsasən rayonun Köhnəgəgir kəndində 40, Jidi kəndində 96, Alazəpin kəndində 20 və Türkəncil kəndində isə 80 şagird yerlik modul tipli məktəblərin, Təhsil Nazirliyinin xətti ilə 264 şagird yerlik Gəgiran kənd orta məktəbi üçün yeni binanın tikintisinə başlanılıb.

Rayonun mədəniyyət müəssisələrinin bazası və əhatə dairəsi genişlənir. Heydər Əliyev Mərkəzi və ümummilli liderin adını daşıyan mədəniyyət və istirahət parkı yenidən qurulub, abidə kompleksi təzələnib. Bir qayda olaraq tarixi və əlamətdar günlərlə bağlı maraqlı mədəni-kütləvi tədbirlər keçirilir. İyun ayında Lənkəranda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “100 illik tariximizdevizi altında keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı düzənlənib. Şəhərin Heydər Əliyev xatirə parkında keçirilən tədbirdə nazirliyin 15 regional mədəniyyət idarəsi təmsil olunub, o cümlədən Lənkəran Regional Mədəniyyət İdarəsi rayonun mədəni irsini əks etdirən xalq sənətkarlığı və folklor nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərini nümayiş etdirib. Tədbir geniş konsert proqramı ilə başa çatıb.

Təqdirəlayiqdir ki, Lənkəran rayon rəhbərliyi vətəndaşların qayğılarına həssaslıqla yanaşır, imkan daxilində onların müşküllərinin çözülməsinə çalışır. Yanvardan bu yana     şəhər icra hakimiyyəti başçısı aparatında ümumilikdə 1461 vətəndaş qəbul edilib.  Başçının  ayrı-ayrı yaşayış məntəqələrində keçirdiyi 21 səyyar qəbul-görüşdə 3240 nəfər iştirak edib, 136 müraciət  dinlənilib və 136 məsələ qaldırılıb. Həmin məsələlərin həllindən ötrü qanunamüvafiq tədbirlər görülüb. Buna görədir ki, sakinlər duyğu və düşüncələrini, təkliflərini ürəklə dilə gətirir, bilirlər ki, müraciətləri diqqətsiz qalmayacaq. 

Elə bu günlərdə Haftoni qəsəbəsində səyyar qəbul-görüş olduqca işgüzar şəraitdə keçib. Sakinlər  rifah hallarının yaxşılaşdırılması, mövcud sosial qayğılarının həlli istiqamətində davamlı olaraq həyata keçirilən tədbirlərdən razılıqlarını ifadə ediblər. Onlar çıxışlarında Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin dünya standartları səviyyəsində yenidən tikilməsinin,  tikintidə yüzlərlə yerli sakinin işlə təmin edilməsinin, inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchizatının, kütləvi qazlaşdırılmasının, qəsəbənin mərkəzi yolunun əsaslı təmirinin, aqrar sahədə uğurlu nəticələrin əldə olunmasının bu davamlı qayğının bəhrəsi olduğunu diqqətə çatdırıblar. Qəbul zamanı Taleh Qaraşov vətəndaşlar tərəfindən qəsəbədə yeni məktəbin tikintisi, Xanlıqlı yaşayış məntəqəsinə çəkilmiş qaz xətlərinə mavi yanacağın verilməsinin sürətləndirilməsi barədə qaldırılan məsələlərin diqqətdə saxlanılması və imkan yarandığı vaxtda həlli ilə bağlı tədbirlərin görülməsi üçün aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.

Lənkəranda regional iqlim şəraitinə uyğun olaraq, sahibkarlıq daha da inkişaf etdiriir, yeni istehsal obyektlərinin yaradılması və yeni yerlərinin açılması nəzərdə tutulur. Çəltikçiliyin, sitrus meyvəçiliyin və çayçılığın inkişafı ilə əlaqədar qəbul edilmiş Dövlət Proqramının icrası ilə əlaqədar mühüm işlər həyata keçirilir. Çəltik sahələri genişləndirilərək 826 hektara çatdırılıb ki, bu da ötən illə müqayisədə 300 hektar çoxdur. “Green East” MMC tərəfindən Veravul kəndində mütərəqqi üsulla 100 hektar sahədə çəltik əkini keçirilib və yüksək məhsuldarlıq əldə edilməsi proqnozlaşdırılır. “Fruitgarden” MMC tərəfindən Separadi kəndində 100 hektar sahədə məhsuldar sitrus ağaclarından ibarət meyvə bağı salınıb. Bu il həmçinin 50 hektar sahədə yeni çay plantasiyası salınır.

Lənkəranın tərəqqi və yüksəliş konturları daim genişlənir. Bu il rayonun sosial-iqtisadi inkişafı sahəsində işlərin sürətləndirilməsi ilə əlaqədar cənab Prezidentin imzaladığı sərəncamlarla əlamətdar olub. Belə ki, rayonda yeni Olimpiya İdman Kompleksi, Lənkəran İstisu Sağlamlıq Mərkəzi, Xalça fabriki, Lənkəran Regional Sınaq Laboratoriyası tikilib. Nəqliyyat sahəsində də uğurlar davam edir. İyun ayının əvvəllərində  Lənkəran-Moskva yeni hava reysi açılıb. Eyni zamanda yeni birinci dərəcəli Ələt-Astara avtomobil yolunun 2-ci hissəsinin tikintisi başa çatdırılıb. Hazırda çox mühümsosial əhəmiyyətli Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidən qurulmasına başlanıb. Həmin yolun istifadəyə verilməsinin ərazidəki dağ kəndlərinin sosial infrastrukturunun dəyişməsində, xüsusilə turizmin inkişafında çox mühüm rolu olacaq.

İndi rayonun mövcud istirahət mərkəzlərində əsl yay sıxlığı müşahidə olunur. Turistlər yerləri əvvəlcədən bron etdirməklə ala bilirlər. Tələbatı daha dolğun ödəmək məqsədilə Sütəmurdov kəndində, Xəzər dənizinə yaxın ərazidə yeni turizm istirahət kompleksinin tikilməsi nəzərdə tutulub. Cənab Prezidentin tapşırığı ilə dəniz kənarında yerləşən dəmiryol xəttinin köçürülməsinin layihələndirilməsi işləri davam etdirilir, bu da rayonda dəniz turizminin inkişafı üçün yeni imkanlar yaradacaq. Dəniz səyahətinə çıxmaq, mavi dalğaların qoynunda əsrarəngiz gözəlliklərə tamaşa etmək lənkəranlılara da, qonaqlara da xüsusi zövq verəcək.

Göründüyü kimi, Lənkəran regional inkişafa gözəl nümunədir. Sabahı bugünündən də gözəl olacaq. Lənkəranlılar haqlı olaraq sevimli diyarları ilə fəxr edirlər.

 

Xalq qəzeti.- 2018.- 29 avqust.- S.5.