Bakı Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalına hazırlaşır

 

Heydər Əliyev Fondunun Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2018-ci il sentyabrın 18-dən 26-dək Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Builki festivalda Rusiya, ABŞ, Türkiyə, İtaliyaSlovakiyadan tanınmış musiqi kollektivləri, görkəmli musiqiçilər T.Dokşitser adına New life brass kvinteti, Dədə Qorqud kamera orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumovun başqalarının iştirakı ilə 30-a yaxın tədbirin keçirilməsi nəzərdə tutulmuşdur.

Festivalın təntənəli açılış mərasimi sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında olacaq. Tədbirdə Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova) çıxış edəcəklər. Açılış mərasimində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, akademik Arif Məlikovun 85 illiyi münasibətilə fortepianoorkestr üçün konserti səslənəcəkdir (solist Xalq artisti Murad Adıgözəlzadə).

Festival çərçivəsində görkəmli müğənni, SSRİ Xalq artisti Firəngiz Əhmədovanın 90 illiyinə həsr olunmuş Azərbaycan opera səhnəmizin Nigarı adlı silsilə tədbirlər təşkil olunacaqdır.

Sentyabrın 22-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında SSRİ Xalq artisti, görkəmli bəstəkar Murad Kajlayevin müəllif gecəsi keçiriləcək. Gecədə Rusiyanın Xalq artisti, dirijor Murad Annamamedovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası iştirak edəcəklər.

Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı, Ü.Hacıbəylinin ev muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Ağcabədi rayonu Qarabağ Muğam Mərkəzində müxtəlif tamaşa, konsert və sərgilər təşkil olunacaq.

Sentyabrın 23-də Bakı Marionet Teatrında Üzeyir Hacıbəylinin Arşın mal alan marionet tamaşasının premyerası baş tutacaqdır. Tamaşanın quruluşçu rejissoru və rəssamı Əməkdar incəsənət xadimi Tərlan Qorçudur.

Festivalın bağlanış mərasimi sentyabrın 26-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında olacaq. Konsertdə Əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Rusiyanın Xalq artisti, məşhur violonçel ifaçısı Sergey RolduginP.İ.Çaykovski adına Beynəlxalq Müsabiqənin laureatı, skripkaçı Pavel Milyukov çıxış edəcəklər.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.-30 avqust.- S.10.