Qubadlılar öz doğma yurdlarına qayıdacaqları

günü səbirsizliklə gözləyirlər

 

31 avqust Qubadlının işğalı günüdür

 

Əsrarəngiz təbiəti, dağları, şiş qayaları, keçilməz meşələri, gur çayları bu torpağa gələnləri heyran edərdi. Buranın əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olurdu: tütünçülük, baramaçılıq, üzümçülük, taxılçılıq, maldarlıq insanların əsas məşğuliyyəti idi.

Ermənistanın iki rayonu ilə (QafanGorus) həmsərhəd olan Qubadlı əhalisinin əsrlər, qərinələr boyu və zəhmətlə topladıqları var-dövlət, yaratdıqları imarətlər, yollar, körpülər, bir sözlə, hər şey ermənilər tərəfindən dağıdıldı, talan olundu. Əldə olunan videogörüntülər təsdiq edir ki, işğalçılar o torpaqda daşı-daş üstə qoymayıblar. Evləri söküb, son daşına qədər aparıbar. Qubadlı, həqiqətən, viran edilmişdir.

Məlumat üçün bildirək ki, Qubadlı rayonu 1933-cu ildə yaradılıb. Ərazisi 802 kvadratkilometr olub, 94 yaşayış məntəqəsi, o cümlədən, 1 şəhər və 93 kəndi var idi. İşğal ərəfəsində rayonun 30 minə qədər əhalisi olub.

Hazırda Qubadlının 35 mindən çox əhalisi Azərbaycanın 40-dan çox şəhər və rayonunda məskunlaşıb. 22 mindən çox məcburi köçkün soydaşımız isə Sumqayıtda yaşayır.

İşğala qədər Qubadlıda 2 üzümün ilkin emalı zavodu, 1 yağ-pendir zavodu, 1 asfalt zavodu, 1 inkubator-quşçuluq fabriki, 1 balıqyetişdirmə vətəgəsi, 1 daş karxanası, 1 mərmər sexi, Azərbaycan “Neftqazavtomat” təcrübə zavodunun filialı və s. fəaliyyət göstərib. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə, ümumtəhsil məktəbi, o cümlədən, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb,180-dək mədəni-maarif müəssisəsi var idi. 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət edib. Burada 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərib. Ümumilikdə, işğal nəticəsində rayonda olan 6988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət ocağı, 6 sənaye müəssisəsi, 650 kilometr avtomobil yolu, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətti, 4830 kilometr elektrik xətti, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılıb.

Rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13160 hektar dövlət meşə fondu mövcud idi. Qubadlı rayonunda 1500-1600 il yaşı olan nadir növlərdən ibarət 10-dan artıq iri diametrli ağaclar təbiət abidəsi kimi qorunurdu.

Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin florafaunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvanquş növləri mühafizə olunurdu.

Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyinitalan ediblər. IV əsrə aidGavur dərəsi”ndəki ibadətgah, V əsrə aid “Qalalı” və “Göyqala” abidələri, XIV əsrdə tikilmiş “Dəmirçilər” türbəsi, Hacı Bədəl körpüsü, XVIII əsrdə inşa edilmiş Dondarlı məscidi, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.

Erməni təcavüzü zamanı Qubadlı 5 il müddətində 238 şəhid verib, 146 nəfər əlil olub. Şəhidlərdən Əliyar Əliyev, Vasili Əliyev, Aslan Atakişiyev, Ələkbər Məmmədov, Kərəm Mirzəyev, Aqil Məmmədov, Bəylər Ağayev, Kazımağa Kərimov, Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüblər.

Bu yaxınlarda köçkünlərin Sumqayıtda məskunlaşdığı yerlərdə, məktəblərdə olub həmyerlilərimlə görüşdüm. Əvvəlki illərlə müqayisədə əhalinin sosial durumu xeyli yaxşılaşmışdır. Bir fakt maraqlı idi ki, rayon işğal olunandan sonra Qubadlı məcburi köçkünləri üçün 20-dən çox yeni məktəb binası tikilmişdir.

Bu gün Qubadlı Rayon İcra Hakimiyyəti işğalın 25 illiyi ilə bağlı mərasim keçirəcək. Mərasimə qonaqlarla yanaşı, Milli Məclisin deputatı İmamverdi İsmayılov, rayon ictimaiyyəti, idarə, müəssisə və təşkilatların nümayəndələri də dəvət olunmuşlar.

 Rayon icra hakimiyyətinin başçısı Malik İsaqovla söhbətimizdə bildirdi ki, harada məskunlaşmağından asılı olmayaraq rayon əhalisinin problem və çətinlikləri yerli icra strukturlarının həmişə diqqətindədir. Bu isə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davaminkişaf etdirdiyi siyasətin yerlərdə layiqincə icrasının təzahürüdür. Rayon rəhbəri bildirdi ki, 25 il ərzində torpaq həsrəti bir an da olsun əhalimizi tərk etməyib. Dövlətimiz və hökumətimiz məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin olunması sahəsində kompleks tədbirlər həyata keçirmişdir. Əhalimizin böyük bir qismi mənzillə, işlə təmin olunmuş, məskunlaşma yerlərində əhali üçün rahat şərait yaradılmışdır. Yeni məktəblər tikilmiş, əhalinin sağlamlığına diqqət artırılmışdır. Bütün bu diqqət və qayğını minnətdarlıqla qarşılayan əhalimiz doğma yurda qayıtmaq istəyi ilə yaşayır. Rayon əhalisi hər zaman Azərbaycan dövlətinə sadiqdir və qəti əmindir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Qubadlıya qayıdacağımız gün uzaqda deyil. Qubadlılılar elə bu elin quruca torpağına qayıtmağa belə razıdırlar. Onlar mətin iradəli, məğrur, əyilməz insanlardır. Və elə günü gün Ali Baş Komandan səfərbərlik elan etsə, ön cərgədə qubadlılıların dayanacağına heç bir şübhə yoxdur.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı dedi: “Bizim üçün rayon əhalisinin sosial problemlərinin həlli, mövcud strukturların qorunub saxlanılması başlıca vəzifədir. Dövlətimizin məcburi köçkünlərə xüsusi qayğısı problemlərimizin həllində bizə böyük köməkdir”.

Malik müəllim Qubadlı əhalisinini sosial vəziyyətinin yaxşılaşdırılmasında Qaçqınkomun göstərdiyi qayğını da xüsusi olaraq qeyd etdi.

Əlavə etdi ki, orduda döyüş qabiliyyəti, mənəvi-psixoloji durum, vətənpərvərlik ruhu çox yüksəkdir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilirordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. 2016-cı ilin aprel ayında dördgünlük döyüş Ordumuzun qüdrətini bir daha sübut edərək göstərdi ki, Azərbaycan əsgəri çox az müddətdə işğal olunmuş ərazilərimizi düşməndən azad etməyə qadirdir. Xüsusilə qeyd olundu ki, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Aprel döyüşlərində fərqlənən rayon sakinlərimiz Şükür Həmidova Azərbaycan Respublikasının Milli Qəhrəmanı və Mais Bərxudarova general-mayor hərbi rütbəsi verilmişdir.

Eyni zamanda, M.İsaqov qeyd etdi ki, dövlət başçımız İlham Əliyevin həyata keçirdiyi uğurlu daxilixarici siyasət məcburi köçkünlərdə, o cümlədən qubadlılarda nikbin əhval-ruhiyyə yaradıb. Onlar yaxın illərdə torpaqlarımızın azad olunacağına inanır və səbirsizliklə “Böyük qayıdış”ı gözləyirlər.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.- 31 avqust.- S.6.