Azərbaycan Respublikası Nazirlər KabinetininQazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 2011-ci il 12 may tarixli 80 nömrəli və “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

¹ 514 

Bakı şəhəri, 30 noyabr 2018-ci il

 

Elektrikistilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 5, maddə 452; 2012, ¹ 2, maddə 184; 2013, ¹ 6, maddə 744; 2014, ¹ 1, maddə 69; 2016, ¹ 4, maddə 834; 2017, ¹ 6, maddə 1228, ¹ 10, maddə 1876; 2018, ¹ 6, maddə 1379, ¹ 8, maddə 1817) ilə təsdiq edilmişQazdan istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.3-cü bəndin birinci cümləsindən “xüsusi razılığı (lisenziyası) olan” sözləri çıxarılsın;

1.2. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.4. Sənaye qaz qurğularının istismara buraxılması Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (bundan sonra - Enerji Məsələlərini Tənzimləmə Agentliyi) verdiyi icazə əsasında həyata keçirilir.”;

1.3. aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:

“2.4-1. Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sənaye qaz qurğusunun istismarına icazə vermək üçün həmin qurğulara texniki baxış istehlakçıların təqdim etdiyi aşağıdakı sənədlər əsasında həyata keçirilir:

2.4-1.1. qaz paylayıcısının verdiyi texniki şərt;

2.4-1.2. Enerji Məsələlərini Tənzimləmə Agentliyiqaz paylayıcısı ilə razılaşdırılmış qaz təchizatı layihəsi;

2.4-1.3. tikinti-quraşdırma işlərini aparmış şəxslə istehlakçı arasında təhvil-təslim aktı;

2.4-1.4. buraxılış-sazlama və rejim-sazlama işlərinin yekununa dair akt;

2.4-1.5. quraşdırılmış sənaye qaz qurğularının texniki pasportları;

2.4-1.6. qaz sayğacının quraşdırılması aktı.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 8, maddə 1032; 2014, ¹ 1, maddə 69; 2016, ¹ 2 (II kitab), maddə 361, ¹ 11, maddə 1951; 2017, ¹ 7, maddə 1486; 2018, ¹ 4, maddə 834, ¹ 6, maddə 1366) ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:

“3.2-1. Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 150 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi aşağıdakı sənədlər əsasında keçirilir:

3.2-1.1. ETM-inya dövlət elektroenergetika müəssisəsinin verdiyi texniki şərtlər;

3.2-1.2. Enerji Məsələlərini Tənzimləmə Agentliyi və ETM ilə razılaşdırılmış enerji təchizatı layihəsi;

3.2-1.3. tikinti-quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil-təslim aktı;

3.2-1.4. elektrik təsərrüfatına cavabdeh şəxsin təyin olunması barədə əmrin surəti;

3.2-1.5. kontur torpaqlama müqavimətinin ölçülməsi protokolu;

3.2-1.6. transformatorun və avadanlıqların sınaq-sazlama protokolu;

3.2-1.7. elektrik verilişi xəttinin sınaq protokolu və qapalı işlər aktı;

3.2-1.8. elektrik sayğacının quraşdırılması aktı.”.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 4 dekabr.- S.6.