Bakı zooparkının 90 yaşı tamam olur 

 

Bakıda ilk zooparkın yaradılmasından 90 il ötür. Şəhərdə keçən əsrin əvvəlindən başlayaraq, heyvanat parkının yaradılması üçün müxtəlif cəhdlər olub, kiçik kolleksiyaları ilə fərqlənən özəl zooloji sərgilər (zoosirklər) fəaliyyət göstərib. Həmçinin 1928-ci ilin dekabrından Bakı şəhərinin keçmiş Lunaçarski, indiki Nizami parkında bir guşə kimi zoobağ fəaliyyətdə olub. Bu, heyvanat parkının yaradılma tarixi kimi qəbul edilir.

Müxtəlif zamanlarda məkanı dəyişdirilərək genişləndirilən zoopark 80-ci illərə qədər Bayıl qəsəbəsində bir hektar sahədə fəaliyyət göstərib. 1982-ci ildə həmin ərazinin torpağın sürüşmə təhlükəsi nəzərə alınaraq indiki yerinə–Nərimanov rayonu, Bakıxanov küçəsi, 39-a köçürülüb və sahəsi bir hektardan çox artırılıb. Zooparkın gələcək inkişafını təmin etmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2001-ci ildə burada ərazi artırılaraq 4,25 hektara çatdırılıb.

Hazırda Bakı Şəhər Heyvanat Parkı xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri siyahısına daxil edilərək qorunur. Park 1995-ci ildən 18 ölkədən 70-dək zooloji parkın daxil olduğu Avrasiya Regional ZooparklarAkvariumlar Assosiasiyasının üzvüdürbu heyvanat parkları ilə geniş əməkdaşlıq əlaqələri qurulub.

1995-ci ilə qədər Bakı zooparkında 60 növə aid 200 baş heyvan nümayiş olunurdu. Ötən illər ərzində burada heyvanlar aləmi daha da zənginləşdirilib. Balıqlar üçün akvarium, sürünənlər üçün terrarium, qırqovulların nümayişi üçün fazanarium ekspozisiyası yaradılıb.

Hazırda parkda 151 növə aid 1240-a yaxın heyvan mühafizə olunur. Heyvanat parkı əhalinin istirahət yeri olmaqla yanaşı, uşaqların canlılara, təbiətə ətraf mühitə münasibətinin formalaşmasında mühüm rol oynayır. Digər tərəfdən, zooparkda nəsli kəsilməkdə olan bir çox nadir heyvan növlərinin canlı genofondunun saxlanılması təmin edilir çoxaldılaraq təbiətə buraxılır.

Hazırda Bakı şəhər heyvanat parkında Heydər Əliyev ­Fondunun vitse-prezidenti, IDEA İctimai ­Birliyinin təsisçisi rəhbəri Leyla Əliyevanın təşəbbüsü dəstəyi ilə tam yenidənqurma işləri aparılır.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.- 18 dekabr.- S.12.