Regional turist marşrutları xəritəsi

 

Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə rus ingilis dillərində Şamaxı İsmayıllı rayonlarını əhatə edən  regional turist marşrutları xəritəsi hazırlanmışdır.

Turistlər bu xəritə vasitəsilə regionun abidələri, kempinq əraziləri turist düşərgələri, tarixi məkanları, mətbəxi haqqında ətraflı məlumat əldə edə bilərlər. Bələdçi xəritəsi görməli yerlərə (qədim məscidlər, körpülər, mədəni mərkəzlər və muzeylər) ən qısa marşrutu tapmağa kömək etməklə bu  bölgədə olan mehmanxana, istirahət zonaları və restoranlar haqqında məlumatı əhatə edir.

Bu xəritənin köməyi ilə regiona səfər edən turistlər Lahıc və Basqal qəsəbələri, Qız qalası abidəsi, İvanovka kəndi, Yeddi günbəz, Diri Baba türbələri, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Dəmirçi kəndi barədə ətraflı məlumatlar ala biləcəklər.

Turist xəritəsini ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərindən, eləcə də region ərazisindəki  mehmanxanalardan əldə etmək mümkündür.

Hazırda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ölkəmizin digər şəhər və rayonlarının da turist xəritələrinin hazırlanması üzərində davam etdirilir.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.- 2 fevral.- S.5.