Qara Qarayevin 100 illik yubiley tədbirləri

 

Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayev xalqımızın bəşər mədəniyyətinə bəxş etdiyi özünəməxsus nadir fitri istedada malik şəxsiyyətlərdəndir.

Novator sənətkar kimi o, qədim milli musiqi irsinin ənənəvi klassik ən müasir formalarından istifadə edərək çox sayda monumental əsərlər meydana gətirib. Həyat zaman haqqında dərin fəlsəfi düşüncələri bütün vüsəti ilə yüksək professional səviyyədə əks etdirən həmin ecazkar sənət nümunələri insanı əxlaqi-mənəvi kamilliyə çağırır.

Məlum olduğu kimi, bu ay  böyük sənətkarın 100 illik yubileyi tamam olur. Azərbaycan Prezidenti yubileyin yüksək səviyyədə keçirilməsi üçün xüsusi sərəncam imzalamışdır. Həmin sərəncama uyğun olaraq,  fevralın 1-də P.İ. Çaykovski  adına Moskva Dövlət Konservatoriyasının kiçik zalında Qara Qarayevin 100 illik yubileyinə həsr olunan kamera konserti keçirilib. Konsertin təşkilatçısı  Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyidir.

Konsert proqramında vokalçı Yevgeni Astafurov, pianoçu Olqa Domnino, skripkaçı Yelena Reviç digər tanınmış musiqiçilər iştirak etmişlər.

 

*  *  *

Azərbaycanın paytaxtının    bölgələrin mədəniyyət    təhsil müəssisələrində yubileylə bağlı tədbirlər davam edir. Mingəçevir Turizm Kollecində görkəmli bəstəkarın yubileyi münasibətilə silsilə tədbirlər keçirilir. Bu tədbirlərə kollecin kitabxanasında təşkil olunan oxucu konfransı ilə start verilmişdir. “Bəstəkar Qara Qarayev nəslinin mədəniyyət və incəsənətimizin, dövlətçiliyimizin tərəqqisində  mövqeyi” adlı konfransda pedaqoqlarla yanaşı, əyani və qiyabi şöbələrin tələbələri də iştirak  etmişlər.

Kollecdə  təşkil edilmiş  Qara Qarayev yaradıcılığı rəssam  tələbələrin  fırçasında”  adlı rəsm sərgisində istedadlı  tələbələrin  əl işləri nümayiş etdirilmişdir.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.- 3 fevral.- S.7.