Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda əsasnamələrin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

29 Bakı şəhəri, 5 fevral 2018-ci il

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası

Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanının 7.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda əsasnamələrin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, 2, maddə 118, 6, maddə 442; 2000, 8, maddə 646; 2003, 6, maddə 342; 2004, 9, maddə 750; 2005, 6, maddə 558, 11, maddə 1061; 2008, 11, maddə 1042; 2009, 1, maddə 34; 2012, 9, maddə 926; 2014, 1, maddə 57, 6, maddə 747; 2016, 9, maddə 1575; 2017, 7, maddə 1503; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 533 nömrəli qərarı) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi Qaydalarının 1.2-ci bəndinə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

Dövlət sərhədinin buraxılış məntəqələrindən ölkəyə idxal olunan qida məhsullarının qida təhlükəsizliyi baxımından yoxlanılmasını gömrük orqanları ilə birlikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir..

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 6 fevral.- S.6.