Yasamal rayonu: Bu il ötən ildən də uğurlu olacaq

 

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunları ilə bağlı keçirilən konfransda Prezident İlham Əliyev ötən illər ərzində ölkəmizin həyatında baş verən hadisələr, iri infrastruktur layihələrinin reallaşdırılması, abadlıq-quruculuq, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, sosialyönümlü layihələrin icrasının zəruriliyi və digər məsələlər barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, xalqımız 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşamış, ölkəmiz inkişaf etmişdir. Mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq, respublikamızda əldə edilmiş nəticələr yüksək qiymətə layiqdir.

Regionların, həmçinin Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramlarının qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsi ölkənin simasını getdikcə dəyişir. Müasir tələblər səviyyəsində qurulan istehsal və sənaye müəssisələri, qeyri-neft sektorunun inkişafı, sahibkarlıq fəaliyyətinə əlverişli şəraitin yaradılması əhalinin həyat tərzinin daha da yaxşılaşdırılmasını, həmçinin yoxsulluğunişsizliyin səviyyəsinin azaldılmasını təmin etmişdir. Qazanılan bu uğurlar Yasamal rayonunda da müşahidə olunmuşdur. Bunu ötən ilin göstəriciləri də təsdiqləyir.

 

İqtisadi göstəricilər

 

2017-ci ildə respublikamızın ümumi inkişaf tempinə uyğun olaraq Yasamal rayonunda da bütün sahələr üzrə qazanılan nailiyyətlər qənaətbəxş olmuşdur. Faktlara diqqət yetirək. Sənaye məhsulunun ümumi həcmi 297 milyon 800 min, nəqliyyat sektorunda xidmətlərin həcmi 2 milyard 430 milyon 400 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 138,4 və 106 faiz, rabitə xidmətlərinin həcmi 624 milyon 770 min manat olmaqla əvvəlki il ilə müqayisədə artaraq 103 faiz təşkil etmişdir. Hər işçiyə orta aylıq əmək haqqı 3,7 faiz artaraq 645,7 manat hesablanmışdır.

Ötən il yeni yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər də öz bəhrəsini vermişdir. Statistik məlumatlara əsasən, 2017-ci ildə rayonda 6967 yeni yeri açılmışdır. Onlardan 4039-u fiziki şəxslər, 2928-i isə hüquqi şəxslər tərəfindən yaradılmışdır. Rayon Məşğulluq Mərkəzinə müraciət edən 3512 nəfərdən  3267-i işaxtaran vətəndaş kimi qeydiyyata alınmış, 1649 nəfəri “Ərazi Məşğulluq Proqramı”na əsasən daimi işlə təmin edilmişdir. İşsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 608 nəfərə işsizlik statusu verilmiş, 635 nəfər vətəndaşa işsizlik müavinəti təyin olunmuşdur.

Son 2 ildə ölkəmizdə on minlərlə ictimai yerinin açılması və bu tədbirin işsizliyin kifayət qədər azalmasına müsbət təsiri Yasamal rayonunda da özünü büruzə vermişdir. Bu məqsədlə ötən il dövlət büdcəsindən Yasamal rayonuna 3 milyon 275 min manat vəsait ayrılmış, coxmənzilli yaşayış binalarının təmiri üzrə 346, abadlıq və təmizlik işləri üzrə 293 nəfər rayon sakini işlə təmin edilmişdir. Yeni yerlərinin açılması ilə, eyni zamanda, təmirə ehtiyacı olan 10 çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri aparılmışdır. Abadlıq və təmizlik sahəsi üzrə yeni yerlərinin açılması rayon ərazisinin sanitar, gigiyena-epidemioloji vəziyyətinin yaxşılaşdırılmasına da müsbət təsir göstərmişdir. Məhz bu səbəbdən ötən il yerlərinin sayı 56 vahid artırılmış, ümumilikdə 695 ictimai yerinin açılması üçün dövlət büdcəsindən vəsait ayrılmışdır.

 

Əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırılır

 

Mənzil-məişət şəraitinin yaxşılaşdırılması həmişə zəruri sahələrdən biri olub. Ötən ilbu istiqamət diqqətdə saxlanılmışdır. Rayonun mənzil fondunun qorunub-saxlanılması istiqamətində işlər davam etdirilmiş, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sifarişi ilə Süleyman Tağızadə küçəsi 31, 56, Vidadi küçəsi 59, Bəşir Səfəroğlu küçəsi 116 və Cəfər Cabbarlı küçəsi 31 nömrəli yaşayış evlərində və Həzi Aslanov küçəsində 3 nömrəli ikimərtəbəli yaşayış binasında təmir işləri aparılmışdır. Yaşayış binası yeni layihəyə uyğun yenidən qurulmuşdur. Binada əsaslı təmir işləri artıq yekunlaşmaq üzrədir və yaxın günlərdə tam təmirli mənzillər sakinlərin istifadəsinə veriləcəkdir. Bundan əlavə, 38 yaşayış binasında müxtəlif materiallardan ibarət 11800 kvadratmetr dam örtüyü təmir edilmiş, 19 yaşayış binasında 654 paqonmetr aşağı paylayıcı istilik xətləri dəyişdirilmişdir. 471320 kubmetr tullantı Balaxanı Məişət Tullantılarının Zərərsizləşdirilməsi Poliqonuna daşınaraq rayon ərazisində sanitar, gigiyena-epidemioloji normaların tələblərinə riayət olunması təmin edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarına əsasən, 2016-2020-ci illərdə Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan 18 yaşayış binasının mərhələli şəkildə sökülüb yenidən tikilməsi davam etdirilir.

Ölkə başçısının təşəbbüsü ilə paytaxtda həyata keçirilən “Pilot” layihənin özəlliklərindən biriondan ibarətdir ki, artıq çoxmərtəbəli yaşayış binaları boş sahələrdə deyil, qəzalı və yaşayış üçün yararsız binaların yerində inşa edilir. Pilot” layihənin icrası onilliklər boyu qəzalı evlərdə təhlükəli və dözülməz şəraitdə yaşayan sakinlərin mövcud mənzillərindən sahəsi 20 faizdən artıq yeni təmirli mənzillərlə təmin edilərək mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına xidmət etməklə bərabər, həmçinin, yeni yerlərinin açılmasına, inşaat bazarının canlanmasına və tikinti sektorunun inkişafına öz müsbət təsirini göstərir.

Dövlətimizin başçısı tərəfindən müvafiq dövlət orqanları qarşısında qeyri-neft sektoruna yerlixarici investorların cəlb edilməsinin bir vəzifə kimi müəyyən olunması baxımından, rayonda böyükhəcmli 3 “Pilot” layihənin icrasına Rusiya Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan əsilli sərmayəçinin cəlb edilməsi müsbət hal kimi dəyərləndirilməlidir.

 

Söküntü aparılan ərazilər abadlaşdırılır

 

Hazırda qəzalı vəziyyətə olan mənzillərin sökülməsinə və sakinlərin yeni, rahat mənzillərə köçürülməsinə, demək olar ki, Bakı şəhərinin əksər rayonlarında start verilib. Ancaq ən böyük söküntü və sakinlərin köçürülməsi işi Yasamal rayonuna təsadüf edir. Hələ SSRİ dövründə bir-neçə dəfə təsdiq olunmuş Bakı şəhərinin Baş Planında paytaxtın ən böyük problemlərindən biriSovetskiadlanan ərazidən sakinlərin köçürülməsi olmuş, lakin, bu çox böyük vəsait tələb etdiyindən məsələ öz həllini tapmamışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə həllini tapan, 2014-cü ilin əvvəlindən başlayaraq davam edən irimiqyaslı tarixi layihənin ilk iki mərhələsi artıq reallaşdırılmışdır. 26 hektardan çox ərazidə istifadə müddəti hələ xeyli əvvəl başa çatmış, heç bir tikinti normalarına cavab verməyən və demək olar ki, bütünlüklə yararsız və qəzalı mənzillərin sahibləri ilə razılaşma əldə edilərək vəsait ödənilmiş, 4300 daşınmaz əmlak sökülərək ərazi təmizlənmişdir.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq və Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar “Sovetskiadlanan ərazidə müasir tələblərə cavab verən yeni yol infrastrukturu istismara verilmiş, ərazidə böyük həcmdə abadlıq-quruculuq işləri həyata keçirilməyə başlanmışdır. Hazırda Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar işlər davam etdirilir. Burada 9814 ünvanda ölçü işləri aparılmışdır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva 2017-ci il mayın 30-da yeni inşa olunmuş yolun birinci mərhələsinin, avqustun 9-da isə ikinci mərhələnin açılışında iştirak etmişlər. Bu ərazidən köçürülən sakinlər Bakı şəhərinin müxtəlif yerlərində yüksək həyat şəraitinə malik yaşayış evlərində yeni mənzillər almış, həyat tərzinin yaxşılaşdırılmasına görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

Ölkə rəhbəri tərəfindən “Sovetskiadlanan ərazidəki istifadəyə yararsız evlərin satın alınması işlərinin davam etdirilməsi məqsədi ilə 2018-ci ildə Təzə pir məscidinin yuxarı hissəsində Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasındakı işlərin başlanması və həmin ərazinin təmizlənməsi barədə müvafiq tapşırıqlar verilmişdir. Rayon icra hakimiyyəti tərəfindən ilkin araşdırma aparılmış və nəticədə Nabat xanım Aşurbəyova - keçmiş Mustafa Sübhi, Süleyman Tağızadə, Abdulla ŞaiqÇingiz Mustafayev küçələri arasında 1130, Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı, Çingiz MustafayevMirzağa Əliyev küçələrinin əhatəsində olan ərazidə 880, cəmi 2010 yaşayış və qeyri-yaşayış obyektinin mövcud olduğu müəyyən edilmişdir. Beləliklə, 2018-ci ildə həyata keçiriləcək növbəti mərhələdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin satınalınması, onların sökülərək ərazinin təmizlənməsi qarşıya qoyulmuş başlıca vəzifələrdən biridir. Artıq bu məqsədlə vəsait ayrılmış, qiymətləndirici və söküntü təşkilatlarının müəyyənləşdirilməsi məqsədilə tenderlər keçirilmişdir.

Sovetski” ərazisində Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar söküntüyə məruz qalmış Hacı Cavad məscidinin Mətbuat prospektində daha münasib və mükəmməl layihə əsasında, görünüş etibarilə göz oxşayan bir məscidin yeni binası inşa olunur. Tikinti işləri artıq başa çatdırılmışdır. Hazırda tərtibat işləri icra olunur, məscidin yaxın zamanda ibadət əhlinin istifadəsinə verilməsi nəzərdə tutulur.

Bundan əlavə, Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə rayonda daha bir məsciddə – İmam Hüseyn məscidində əsaslı təmir işləri aparılır. Yaxın gələcəkdə paytaxtımızı daha bir dini-tarixi memarlıq abidəsi bəzəyəcəkdir. Dünyada baş verən iqtisadi böhran, yaxın keçmişdə respublikamızda yaşanan bir çox iqtisadi çətinliklərin fonunda dini abidələrimizə olan bu qayğı ölkə rəhbərliyinin milli-mənəvi dəyərlərimizə, multikulturalizmə, dinimizə, inanc sahiblərinə göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür.

Hazırda Yasamal rayonunda dövlət əhəmiyyətli daha bir tədbirin – Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 858 nömrəli fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında “Mənzil İnşaatı Dövlət Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən “Qanlı göl”ün şimal hissəsində 11,6 hektar torpaq sahəsində tikinti işləri davam etdirilməkdədir. Bu kompleksdə inşa olunacaq 29 yaşayış binasında 1843 mənzil yaşayış üçün tam yararlı şəraitlə təmin edilərək vətəndaşlara təklif olunacaq. Yaşayış kompleksində bütün infrastruktursosial təyinatlı oblektlər, o cümlədən 240 yerlik uşaq bağçası və 960 sagird yerlik tam orta məktəb sakinlərin istifadəsinə veriləcəkdir.

 

Abadlıq-quruculuq işləri genişlənir

 

Regionlarda və paytaxtın bütün ərazilərində olduğu kimi, Yasamal rayonunda da mərhələli və planlı şəkildə abadlıq-quruculuq işləri çərçivəsində görülən işlər diqqət mərkəzində olmuşdur. Mərkəzi küçələrdə, məhəllədaxili yollarda, yaşayış evlərinin fasaddam örtüklərində, parkmeydançalarda, həmçinin digər infrastruktur sahələrdə yenidənqurma və əsaslı təmir işləri aparılması prioritet təşkil etmişdir. Son illərdə Bakı şəhərində əsaslı yenidənqurma işləri aparılaraq, nümunəvi məhəllələrin yaradılması işləri həyata keçirilməkdədir. Bu layihə əsasında şəhərin ekoloji mühiti xeyli sağlamlaşdırılmalı, şəhər sakinlərinin, xüsusilə azyaşlı və ahılların istirahəti, asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli şərait təmin olunmalıdır.

Abad məhəllə” layihələrinin icrası təşəbbüsünü davam etdirmək məqsədi ilə ötən ilin ikinci yarısında rayon ərazisində 3 ünvanda nümunəvi məhəllələrin yaradılması işlərinə başlanmışdır. Bu layihəyə uyğun olaraq, Yeni Yasamal yaşayış massivində abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir. Burada sahəsi 0,3 hektar ərazidə gəzinti üçün meydançalar, işıqlandırma və suvarma sistemləri yaradılaraq, yeni yollar salınmış, oturacaqlar, uşaq əyləncə elementləri və idman qurğuları quraşdırılmış, ağac, kol bitkiləri və güllər əkilmiş, ətrafdakı çoxmərtəbəli yaşayış evlərinin fasadları rənglənmişdir. Bu tədbir digər məhəllələrdə də davam etdirilmişdir. Bəzi məhəllərdə isə sakinlər ölkə rəhbərliyinə, rayon icra hakimiyyətinə müraciətlər edərək, ümumi istifadə yerlərinin ayrı-ayrı şəxslər tərəfindən, demək olar ki, bütünlüklə zəbt olunaraq hasarlanmasından haqlı narazılıqlarını bildirmişlər.Abad məhəllə” layihəsi çərçivəsində ötən ilin ikinci yarısında həmin ərazilər hasarlardan təmizlənmiş, qanunsuz tikililər ləğv edilmişyeni nümunəvi məhəllənin açılış mərasimi keçirilmişdir.

Ötən ilin aprel ayının 13-də Mətbuat prospektində “Ovçular evinin ərazisində tikinti şirkəti tərəfindən xeyli sayda ağacın özbaşına kəsilməsi faktına dövlət başçısı tərfindən dərhal və ciddi reaksiya verilmiş, inşaat işlərinin aparılmasına dair sərəncam ləğv edilmiş, tikinti şirkətinə qarşı külli miqdarda cərimə sanksiyası tətbiq olunmuş və şirkətin rəhbəri barəsində həbs qətimkan tədbiri seçilmişdir. İnşaat işləri üçün ayrılmış həmin ərazidə park salınmışdır. Ölkə başçısı ötən il iyulun 15-də parkın açılışında iştirak edərkən sakinlərlə görüşü zamanı qeyd etmişdir ki, gələcəkdə də bir ağacı belə kəsməyə cəhd edən hər bir kəs cəzasız qalmayacaqdır.

Əhalini ən çox narahat edən içməli su, enerji, təbii qaz, həmçinin istilik sisteminin təminatında qarşıya çıxan problemlərin vaxtında aradan qaldırılmasının da diqqətdə saxlanılması nəticəsində payız-qış mövsümündə bu sahədə ciddi çətinliklər yaşanmamışdır. Ümumilikdə, rayon ərazisində 400 yaşayış binası, 13 məktəb, 15 körpələr evi-uşaq bağçası, 14 səhiyyə müəssisəsi, 14 büdcə və 106 qeyri-dövlət təşkilatı İstilik Sistemləri İstismar Sahələri tərəfindən istiliklə təmin olunur. Bununla, əvvəlki il ilə müqayisədə ötən il 400-dək daha çox mənzilin istiliklə təminatı müsbət həll edilmişdir. Təəssüf ki, istiliklə təchizat sahəsində hələ də bir çox həlli vacib problemlər mövcuddur və nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

 

“Ölkəmizi tanıyaq” tur-aksiyaları

 

Ötən il müxtəlif tədbirlərlə zəngin olmuşdur. Rayon sakinləri həmin tədbirlərin keçirilməsində fəal iştirak etmişlər. Hər birinin özüməməxsus yeri olan bu tədbirlər arasında bir çox beynəlxalq miqyaslı konfranslaridman yarışları da ötən ilə təsadüf etmişdir. “Ölkəmizi tanıyaq” tur-aksiyaları da böyük maraq doğurmuşdur. Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən bu aksiya Yasamal rayon məktəbliləri tərəfindən sevinclə qarşılanmışdır. Rayonun tam orta məktəblərinin təhsildə yüksək göstəriciləri ilə fərqlənən 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində I turda– 2017-ci il martın 23-dən 26-dək Naxçıvan Muxtar Respublikasına, II tur da noyabrın 11-dən 14-dək Lənkəran-Masallı-Astara bölgələrinə səfərləri təşkil olunmuşdur. I turda 27, II turda 40 nəfər əlaçı şagird 4 gün müddətində rayon icra hakimiyyətinin məsul işçilərinin, həkim və müəllimlərin müşayiəti ilə tarixi-mədəniyyət abidələri və muzeylərlə, füsunkar təbiət mənzərələri, səyahət etdikləri regionun mədəniyyəti, adət-ənənələri ilə tanış olmuşlar.

 Layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi, milli, mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu tədbir dövlət başçımızın yaxın və uzaq gələcəyə hesablanmış müdrik qərarlarının tərkib hissəsi olaraq dəyərləndirilməlidir. Bu ekskursiyalar, həmçinin, ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, gәnclәrimizә ümummilli lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, ölkə rəhbərinin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәrrayonun nümunәsindә tanış olmaq imkanı yaratmışdır.

Rayonun Heydər Əliyev Mərkəzində keçirilən silsilə tədbirlər xüsusi qeyd edilməlidir. Yasamalda fəaliyyət göstərən kollec tələbələrinin və tam orta məktəb şagirdlərinin təsdiq edilmiş qrafikə uyğun olaraq, kütləvi ekskursiyaları ötən ildavam etdirilmişdir. Mərkəzdə il boyu müxtəlif mövzularla əlaqədar mühazirələr, seminarkonfranslar, tarixi və əlamətdar günlərə həsr olunmuş tədbirlər keçirilmişdir. Səhiyyə, təhsil və mədəniyyət sahəsinin inkişafı, əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər həlli vacib sahələrdən olmuşdur.

 

Ərizə və müraciətlərlə

 

Rayon sakinlərinin təklif və müraciətlərinə həssaslıqla yanaşılması diqqətdə saxlanılan məsələlərdən olmuşdur. 2017-ci ildə rayon icra hakimiyyəti başçısının aparatına vətəndaşlardan 3299 müraciət gəlmişdir. Ötən il ərzində daxil olmuş müraciətlərin böyük əksəriyyətinə 15 günü, əlavə araşdırma və yoxlama tələb edən müraciətlərə isə 30 günü müddətində baxılması əsasən təmin edilmişdir. Vətəndaşların rayon icra hakimiyyətinə müraciətlərini asanlaşdırmaq məqsədi ilə müasir informasiya texnologiyalarından istifadə edilməsi üçün rayon icra hakimiyyətinin elektron ünvanı və saytı fasiləsiz rejimdə fəaliyyət göstərmişdir. 2017-ci ildə müraciətlərin 2861-i ərizə, 438-i şikayət, 1861-i isə yuxarı və mərkəzi icra hakimiyyəti orqanlarından daxil olmuşdur. Həmin müraciətlərin təhlili göstərir ki, bu istiqamətdə azalma olmuşdur. Buna səbəb Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar alqı-satqı əməliyyatlarının nisbətən səngiməsi, həmçinin, “Pilot” layihə çərçivəsində qəzalı binalardan sakinlərin köçürülməsinin başa çatdırılması olmuşdur.

Faktlar da təsdiqləyir ki, 2017-ci ilYasamal rayonunun tarixində inkişaf ili kimi qalacaq. Bu inkişaf qarşıda duran vəzifələrin uğurla icra olunmasına böyük zəmin yaradır. Məlum olduğu kimi, bu il ölkəmizdə bir sıra mühüm siyasi tədbirlər baş tutacaqdır. 2018-ci ilin ən əlamətdar hadisəsi, heç şübhəsiz ki, Azərbaycan Respublikası Prezidentinin seçkiləri olacaq. Artıq respublikamızın digər rayonlarında olduğu kimi, Yasamal rayonunda da seçkilərə hazırlıq işlərinə başlanmışdır. Ötən seçkilərdə olduğu kimi, bu il keçiriləcək prezident seçkilərində də rayon seçicilərinin mütəşəkkilliyində heç bir problem olmayacaq. İndidən başlanılan təşkilati işlər də bunu təsdiqləyir.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2017.-10 fevral.- S.7.