Bişkekdə Qara Qarayevin 100 illik yubileyi təntənəli qeyd olunub

 

Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyi Qırğız Respublikasının Mədəniyyət, İnformasiyaTurizm Nazirliyi ilə birgə fevralın 8-də Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik OperaBalet Teatrında Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyiniqala-konsert keçirmişdir.

Yubiley gecəsində Qırğız Respublikası hökumətinin üzvləri, deputatlar, digər rəsmilər, xarici dövlətlərin bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli ziyalılar, elm, mədəniyyət xadimləri, ictimaiyyətin təmsilçiləri və soydaşlarımız iştirak etmişlər.

Qırğız Respublikasının A.Maldıbayev adına Milli Akademik OperaBalet Teatrının direktoru, Qırğızstanın Əməkdar mədəniyyət xadimi Bolotbek Osmonov tədbiri açaraq, dahi bəstəkar Qara Qarayevin yubileyinin rəhbərlik etdiyi teatrda keçirilməsindən məmnunluğunu bildirmişdir. O, dahi bəstəkarın bütün dünyada olduğu kimi, Qırğızıstanda da çox sevildiyini qeyd etmişdir.

Qırğız Respublikası mədəniyyət, informasiyaturizm nazirinin müavini Aynura Temirbekova mərasimdə çıxış etmişdir.

O, tədbirin Bişkekdə keçirilməsinə və iki qardaş ölkənin mədəniyyət sahəsində əlaqələrinin inkişafı üçün gördüyü işlərə görə Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyinə təşəkkürünü bildirmişdir. Nazir müavini Qara Qarayev sənətinin özünəməxsus təkrarsız xüsusiyyətlərindən danışmış, böyük bəstəkarın Qırğızıstanda da istedadlı tələbələrinin olduğunu diqqətə çatdırmışdır.

Azərbaycan Respublikasının Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il oktyabrın 17-də sərəncam imzaladığını qeyd etmişdir. 

Səfir son illərdə həm Azərbaycanda, həm də  Qırğızıstanda bir çox vacib tədbirlərin keçirildiyini vurğulayaraq, ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsi və möhkəmlənməsi üçün möhkəm təməllər qoyulduğunu bildirmişdir.

Səfir bu il yanvarın 19-da Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmış, Qırğız Respublikası Mədəniyyət, İnformasiyaTurizm Nazirliyinə, Abdılas Maldıbayev adına Milli Akademik OperaBalet Teatrının kollektivinə, Azərbaycandan gələn istedadlı opera müğənnilərinə, qırğız sənətçilərə Qara Qarayev kimi dünya şöhrətli dahi bəstəkara göstərilən sədaqət və sevgiyə görə öz təşəkkürünü bildirmişdir.

Tədbirin rəsmi hissəsindən sonra möhtəşəm qala-konsert olmuşdur.

Qala-konserti Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının dirijoru, Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Qırğızıstanın A.Cumaxmatov adına Akademik Simfonik Orkestri müşayiət etmişdir.

 

Xalq qəzeti.- 2018.- 10 fevral.- S.12.