Bakı prosesinin 10 illiyi ilə bağlı beynəlxalq miqyasda tədbirlər keçirilir

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Böyük Britaniyaya səfəri çərçivəsində Koventri Universitetinin Qlobal Liderlər proqramı üzrə təhsil alan tələbələr üçün Bakı prosesinin təqdimatı keçirilmişdir. Bu barədə nazirliyin saytı məlumat yayıb.

Məlumatda deyilir ki, tədbirdən əvvəl bu qlobal təşəbbüsün tarixinə və əhəmiyyətinə həsr olunan film nümayiş etdirilmiş, sonra nazir Azərbaycan dövlətinin beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq fəaliyyəti, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, ölkəmizin multikultural mühiti, tariximiz və mədəniyyətimiz barədə geniş təqdimatla çıxış etmişdir. Nazir gələcəkdə bu istiqamətdə keçiriləcək tədbirlər haqqında məlumat vermişdir.

Səfər çərçivəsində nazir Ə.Qarayev Koventri Universitetinin vitse-kansleribaş icraçısı Con Latamla görüşmüşdür. Görüş zamanı universitetin Etimad, SülhSosial Münasibətlər Mərkəzi ilə mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığın davam etdirilməsi, hazırda mərkəz tərəfindən Bakı prosesi barədə xüsusi kitab hazırlandığı, habelə universitet ilə mədəniyyət, menecment sahələrində təhsil mübadiləsi və əməkdaşlığı barədə məlumat verilmişdir. Mərkəzin rəhbəri professor Mayk Hardi Azərbaycan ilə mədəniyyətlərarası dialoq sahəsində birgə tədqiqat layihələrinin həyata keçirilməsinin planlaşdırıldığını qeyd edərək, gələcəkdə bu istiqamətdə əməkdaşlığın dərinləşməsində maraqlı olduqlarını bildirmişdir.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.- 22 fevral.- S.5.