Sonsuz dəhliz”in “Böyüməyən uşaqlar”ı

 

Xocalı faciəsi sənət salnaməmizdə

 

Xocalı soyqırımına  həsr olunmuş bir neçə bədii və sənədli filmə tamaşa etmişəm. Haray”, “Qırmızı qar”, “Biz qayıdacağıq” “Xoca  filmləri  bədii  təfəkkürün məhsulu olsa da, buradakı hadisələrin  ürəkgöynədən təsirindən uzun müddət azad ola bilmirsən. Əslində, bütün bu əsərlərdə  real hadisələrin ümumiləşmiş mənzərəsi yaradılıb. Doğrudur,  erməni  cəlladlarının  Azərbaycan xalqına  qarşı  müxtəlif  dövrlərdə  törətdiyi  soyqırımı  hadisələri  bədii kitablarda,  sənədli  filmlərdə də əks olunmuşdu.

Məsələn, elə   Məmməd Səid Ordubadinin 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davası barədə yazdığı  “Qanlı illər”  əsərində o məşhum  dövrün həqiqi, real mənzərəsini konkret faktlarla ortaya qoymuşdu. Yaxud yazıçı Əyyub Abbasovun “Zəngəzur”  romanı  tarixi faktlara  söykənərək,   ötən əsrin başlanğıcında  Zəngəzurda  erməni vandallarının azərbaycanlılara qarşı   törətdikləri insanlığa  sığmayan  fəlakətlər    barədə   həqiqətləri qələmə almışdı.

Xocalı  faciəsini   Böyük Vətən müharibəsi illərində  Belarusun Xatın  kəndində faşistlərin  törətdiyi qanlı cinayətlə eyniləşdirənlər heç  də yanılmırlar.  Xatın kəndi  əhalisinin  hər  dörd nəfərindən biri məhv edilmişdi,  Xocalıda isə  613 nəfər   amansızcasına  qətlə yetirilmişdir.  Xoca” filminə baxanlar  yəqin ki,  o, soyuq  gecənin  qana bələnmiş   Xocalı  harayı ilə tanışdırlar.    baş verdi o gecə?  Fəlakət  çökdü Azərbaycanın  üzərinə. Əliyalın kənd  sakinlərinin heç yana  çatmayan naləsi qarlı dağlara, meşələrə səs salsa  da,  bu haraya  yetişən olmadı.

Rejissor Mərahim Fərzəlibəyovun çəkdiyi “Qırmızı qarfilmini  də həyəcansız seyr etmək mümkün deyil. Bu filmdə tükürpədici qışqırıqlar, sərxoş ermənilərin ikrah doğuran hərəkətləri insanın ruhunu sarsıdır.

Xocalı və Qarabağ mövzusunda daha bir ekran işi Elxan Qasımovun “Azərbaycanfilm” kinostudiyasında çəkdiyi “Biz qayıdacağıq” bədii filmidir. Film Xocalıdan olan yeniyetmə oğlanın həyatından bəhs edir, Ekran əsəri Xocalı soyqırımından sonra  məcburi köçkün düşən insanların ağrılarından danışır.

Bu filmlər indi dünyanı  dolaşır, Azərbaycanda törədilən  soyqırımı hadisələrini dünyaya  bəyan edir.  25 ildir   Xocalı faciəsi ilə bağlı  beynəlxalq aləmdə  təbliğat işləri aparılır.  Sənət əsərlərimiz bu işdə  fəal köməkçidir. Rəsm əsərlərinin,  filmlərin,  kitabların,  dövri nəşrlərin Xocalı  deyib haray  salmaları öz   nəticələrini verməkdədir. İndi  dünyanın bir  neçə ölkəsinin parlamentləri  Xocalı faciəsini  soyqırımı  hadisəsi kimi tanıyır. Bu,  dövlətimizin, onun rəhbəri  İlham Əliyevin məqsədyönlü xarici siyasətinin  nəticəsidir.

Heydər Əliyev Fondunun  vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan olunmuşQarabağa azadlıq – Xocalıya ədalət!”  tədbirlər silsiləsi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi beynəlxalq aləmdə tanıdılmasında böyük rol oynayır. Bu  günlər  dünyanın əksər ölkələrində  tədbirlər  keçirilir. Bu kampaniya çərçivəsində “Sonsuz dəhliz” sənədli filminin nümayişi böyük əks-səda doğurmuşdur. Filmin rejissoru  litvalı Aleksandras Brokas  kinolentin Madriddə  nümayişi  zamanı  deyib: "Sonsuz dəhliz" filminə bu cür böyük beynəlxalq diqqətin olması onu göstərir ki, filmdə nəql edilən hekayələr heç bir insanı biganə qoya bilməz. Tarixin ağrılı dərsləri nəhayət, öyrənilməli, ondan ibrət götürülməli və Xocalı faciəsi heç vaxt təkrarlanmamalıdır”.

"Sonsuz dəhliz" filmi 60-dan artıq  ölkədə  keçirilən kinofestivala təqdim edilib. Xatırladaq ki, filmin premyerası ötən il Londonda Britaniya FilmTeleviziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib. Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş videogörüntülər və foto-materiallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli "Xocalıya ədalət!" təbliğat-təşviqat kampaniyası çərçivəsində bu  filmin İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə də təqdimatı keçirilib.

Ancaq  sənədli kinomuzda  Xocalı  soyqırımını ekrana  miqyaslı şəkildə  gətirmək üçün kifayət qədər dolğun  mündəricəli film yaradılmayıb. Lakin bu sıradan son ekran əsərlərindən biri kimi Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” kinostudiyasında çəkilən “Dua” sənədli filmini göstərə bilərik. Rejissor Mehriban Ələkbərzadənin “Xocalı soyqırımı” adlı sənədli filminiqeyd etmək olar.

“İrəli” İctimai Birliyi (İB) tərəfindən çəkilən "Böyüməyən uşaqlar" filmi  Xocalıda hər iki valideynini itirilmiş 25 uşaq haqqındadır. Bu filmin əsas məqsədi ermənilərin törətdiyi soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.  Eyni zamanda, Xocalı faciəsinin canlı  şahidi, soyqırımı zamanı bütün ailəsini itirən Mehdi Əliyevin təəssüratları fonunda bir daha həmin günün dəhşətləri yad edilir.

 Film müxtəlif dillərə tərcümə edilərək Avropada, ABŞ və digər ölkələrdə nümayiş olunub. "Böyüməyən uşaqlar" filmi E. Eyvazlının eyniadlı kitabının motivləri  əsasında çəkilib.

“Azərbaycantelefilm”də lentə alınmış  “Xocalı”, “Xocalı soyqırımı”, “Xocalı şahidləri” kimi nümunələr də yaradılmışdır. Bununla belə, Xocalı soyqırımından bəhs edən sanballı, dünya kinosu standartlarına  cavab  verən  bədii filmimiz hələ    yoxdur. Ümid edək ki, yaxın gələcəkdə bu mövzuda dəyərli ssenari yazılacaq və “Pianoçu”, “Şindlerin siyahısı” kimi dünya səviyyəli kino əsərləri lentə alınacaq.

Xocalı  soyqırımı   rəssamlarımızın da  müraciət etdikləri  və qəlb ağrısı ilə yaratdıqları  əsərlərin  əsas mövzusu olmuşdur.  İlk növbədə istedadlı fırça ustası Vaqif Ucatayın  həmin mövzuda  silsilə  işlərini, xüsusilə  “Xocalı” plakatını qeyd etməliyik. Sinəsinə düşmən xəncəri sancılmış körpəni əks etdirən bu əsərin bədii  təsir gücü sayəsində hər kəsdə şəhidlərə mərhəmət, faciəni törədənlərə isə sonsuz nifrət hissi oyanır. Vaqif  Ucatayın Qarabağ müharibəsinə həsr olunmuşBax, gör, unutma!” qrafik silsiləsində Xocalı qətliamı ilə bağlı neçə-neçə əsər var. Rəssamlardan Arif Hüseynovun “Xatirə”, Adil Rüstəmovun “Rənglərin kədər səsi, Qarabağ şikəstəsi...” qrafik silsiləsi də Xocalı ünvanlı, erməni vəhşiliyini ittiham edən əsərlərdir. Tanınmış plakat ustası Həşim Elçiyevin yaratdığı yeddi plakatdan ibarət “Qarabağ” silsiləsində də Xocalı ağrıları özünün yaddaqalan ifadəsini tapıb.

1992-ci ildən sonra faciənin abidələşməsi sahəsində də mühüm addımlar atılıb. Bakıdakı Xocalı faciəsi abidəsi xalqımızın şəhidlərin əziz xatirəsinə ehtiramını əks etdirən Natiq Əliyevin  mükəmməl sənət əsəridir.  Heykəltəraşların “əsrin faciəsi” kimi qəbul olunan Xocalı qətliamına   həsr etdikləri digər yaddaqalan  sənət nümunələri  sırasında Xalq rəssamı Fuad SalayevinDöyüşçü”, Sahib Quliyevin “Qarabağlı qadın” və “Döyüşən şəhər”, Məmməd Rəşidovun “Daşın göz yaşları”, Vüqar Quliyevin “Xocalı” və s. əsərlərinin adını çəkmək olar. Bu heykəltəraşlıq nümunələrində faciənin daha çox ümumiləşdirilmiş təqdimatına üstünlük verilib.

Mərhum fırça ustası Nazim Məmmədov  “25 fevral gecəsi”, “Xocalı Qavroşu”, “Oğul anası”, “Mən yetim qaldım”, “Ailə əsirlikdə”, “Əlif Hacıyevin son döyüşü”, “Xocalı od içində”, “Erməni əsirliyində”, “Köməksiz Xocalı”, “Ata, oğul,ər! Bizi xilas edin!” və s. erməni vəhşiliyini ifşa edən nümunələrdir. Fikrət İbrahimovun “Gələcək naminə”, Aydın Tağıyevin “Qaçqınlar”, Qafar Sarıvəllinin “Haray”, “Bu qan yerdə qalmaz” və “Olacaqmı bu kədəri dağıdan ?”, Natiq Fərəcullazadənin “Şəhid önündə”, “Ruhların gəzintisi” və “Xeyir və Şər”, Namiq Məmmədovun “Faciə”, “Qaçan qadınlar” və Telman AbbasovunAna harayı” tablolarında düşmənə nifrətin, insanların əyilməzlik ruhunun və gələcəyə inamının daha qabarıq təqdimatı ilə qarşılaşırıq.

Azərbaycan  bəstəkarları da bu mövzuda çox  qiymətli əsərlər yaratmışlar. Onları dinlədikcə xalqımızın o ağrılı anlarını yenidən yaşayırsan. Musiqimizin bütün  janrlarında  bu növzuda  əsərlər yaradılmışdır. Bu mövzuya xarici ölkə sənətkarları da  biganə qalmamışlar.

Məşhur fransız bəstəkarı  Pyer Tiluanın  simofnik orkestr üçün yazılmış “Xocalı 613” əsəri yaralı yerimiz olan Xocalı soyqırımı qurbanlarına həsr edilmişdir. Xocalı qurbanlarına ithaf olunmuş  bu əsər sülhə çağırışdır.

Xocalı  soyqırımına həsr olunmuş  sənət əsərlərinin bir  qismi haqqında məlumat verdik.  Onlar  çoxdur.  Bunun da səbəbi aydındır.  Vətənini, millətini  sevən heç bir sənətçi bu mövzuya  laqeyd qala bilməz. Bu, tükənməz bir mövzudur.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.- 24 fevral.- S.8.