Elektron hökumətportalına qoşulmalı olan informasiya sistemlərinin ehtiyatlarının Siyahısı”nın İnformasiya sistemlərinin ehtiyatlarının, elektron xidmətlərinElektron hökumətportalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 44  Bakı şəhəri, 13 fevral 2018-ci il

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmişAçıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2014, ¹ 5, maddə 547; 2015, ¹ 8, maddə 974, ¹ 11, maddə 1417; 2016, ¹ 4, maddə 795, ¹ 5, maddə 955, ¹ 6, maddə 1192, ¹ 9, maddə 1582, ¹ 11, maddə 1938, ¹ 12, maddə 2239; 2017, ¹ 3, maddələr 473, 509, ¹ 9, maddələr 1731, 1764) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Elektron hökumətportalına qoşulmalı olan informasiya sistemlərinin ehtiyatlarının Siyahısı”na aşağıdakı məzmunda 44-cü hissə əlavə edilsin:

44. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə:

44.1. Dövlət Xidmətlərinin Elektron Reyestri

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti. - 2018.- 15 fevral.- S.12.