Pakistan mediasında Xocalı soyqırımı

 

 

Pakistanın National Herald Tribune qəzetində və elektron portalında Xocalı soyqırımının 26- cı ildönümü ilə bağlı məqalə dərc olunub. Raca Cavid Eli Bahattinin müəllifi olduğu məqalənin başlığı Azərbaycan: Xocalıya ədalət adlanır.

Məqalədə Xocalı faciəsini törədənlər kəskin tənqid edilir. Bildirilir ki, bu soyqırımı bəşər övladına qarşı törədilmiş cinayətlər və etnik təmizləmə hadisələri içərisində ən dəhşətlisidir. Mühüm strateji mövqeyə malik və Azərbaycanın qədim tarixini özündə əks etdirən Xocalının Ermənistan tərəfindən işğalından sonra maddi- mədəniyyət abidələri məhv edilib. Həmçinin qədim Xocalı qəbiristanlığı darmadağın olunub. Bu erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır. Həmin gecə insanların xüsusi qəddarlıqla qətlə yetirildiyi qətiyyətlə pislənilir.

Məqalədə bildirilir ki, Azərbaycan Respublikasının ölkədəki səfirliyi Strateji Tədqiqatlar İnstitutu ilə birlikdə fevralın 20-də İnsanlığa qarşı cinayət: genosidetnik təmizləmə mövzusunda seminar keçiriləcək.

 

Ü.VAHİDQIZI

 

Xalq qəzeti.- 2018.- 20 fevral.- S.7.