Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 55 Bakı şəhəri, 19 fevral 2018-ci il

 

Təhsil haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 6, maddə 568; 2012, ¹ 4, maddə 388, ¹ 5, maddə 492; 2013, ¹ 3, maddə 331, ¹ 8, maddə 1003; 2015, ¹ 6, maddə 787; 2016, ¹ 3, maddə 620; 2017, ¹ 2, maddə 289, ¹ 3, maddə 492, ¹ 9, maddə 1735) ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.“2. Humanitar sosial ixtisaslar qrupubölməsinin “060212 Hüquqşünaslıqixtisasına “- İnformasiya hüququsətrindən sonra “- İnzibati hüquq, inzibati proses, iqtisadi maliyyə hüququ”, “- Tibbi hüquq”, “- Əqli mülkiyyət hüququ”, “- Əmək hüququ: sosial təminat hüququ”, “- İdman hüququ “- Turizm hüququsətirləri əlavə edilsin.

2.“3. Mədəniyyət incəsənət ixtisasları qrupubölməsinin “060307 Musiqişünaslıqixtisasına “- Musiqi nəzəriyyəsisətrindən sonra “- Musiqi texnologiyalarısətri əlavə edilsin.

3.“4. İqtisadiyyat idarəetmə ixtisasları qrupubölməsinin “060412 Davamlı inkişafın idarə edilməsiixtisasına “- Davamlı inkişafın siyasi idarə edilməsi”, “- Davamlı inkişafda insan potensialı”, “- Davamlı inkişafın planlaşdırılması”, “- Davamlı insan inkişafı “- Davamlı inkişafda təbii ehtiyatların idarə edilməsisətirləri əlavə edilsin.

4.“5. Təbiət ixtisasları qrupubölməsinin “060503 Fizikaixtisasına “- Atom nüvə fizikasısətrindən sonra “- Kosmologiyasətri əlavə edilsin.

5.“8. Səhiyyə, rifah xidmət ixtisasları qrupubölməsinin “060805 Sosial ixtisasına “- Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial sətrindən sonra “- Gənclərlə sətri əlavə edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 21 fevral.- S.3.