Qətliamı gördüm

 

Türkiyə mediasında Xocalı həqiqətləri

 

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı illərdə Qarabağda baş vermiş qanlı olaylardan dünya mətbuatı ya xəbərsiz idi, ya da təhrif edilmiş məlumatlar dərc edirdi. Bu baxımdan Azərbaycan cəmiyyəti mediası Qarabağ müharibəsi illərində informasiya blokadasından çox əziyyət çəkib. Lakin bütün bu çətinliklərə baxmayaraq, xarici mediada Xocalı qətliamı o illərdə işıqlandırılıb. Xarici mətbuat  içərisində isə  qardaş Türkiyə mətbuatı xüsusi yer tutur.

O illərdə hətta Qərb mediasının  həqiqətləri tam demədiyi dövrdə belə, Türkiyə mətbuatı Qarabağda baş vermiş  qanlı olayları, erməni təcavüzü işğalının ağır nəticələrini geniş işıqlandırmışdı.

1992-ci il xarici mətbuata nəzər saldıqda, Qarabağ müharibəsi, xüsusilə   Xocalı qətliamına Türkiyə mediasının da yer ayırmasını görmək mümkündür. Türkiyə mediası Azərbaycanda baş vermiş  Xocalı qətliamı ilə bağlı geniş məlumatı ilk olaraq,   Milliyətqəzetindən oxumuş oldu.   Milliyətqəzetinin martın 4-ü tarixli sayında həmin qəzetin müxbiri  Rəhbər Bəşiroğlunun hazırladığı məqalə Xocalı qətliamını geniş şəkildə Türkiyə ictimaiyyətinə çatdırdı.  Qəzetin məhz həmin sayının üz qabığında  məqaləninQətliamı gördümsərlövhəsi istər tərtibat, istərsə məzmun baxımından diqqəti cəlb edirdi. Qəzet  müxbirimiz bu fotoları ağlayaraq çəkdi”—deyə Qarabağdan çəkilmiş fotoları oxucuların ixtiyarına verib. “MilliyətqəzetiErmənilər qana doymur, qarınları deşilmiş uşaqlar, süngülənmiş qadınlar, gözləri oyulmuş, qulaqları kəsilmiş kişilər...Cəsədlər...Cəsədlər...” ifadələri ilə törədilmiş cinayəti oxucuya çatdırıb.

Məqalədə  qətliam qurbanlarının sağ qalmış yaralı insanların şəkilləri , eləcə şahidlərin söylədiyi emosional dolu söhbətlər əslində o dövrdə  informasiya blokadasında olan Azərbaycanın  Türkiyə başda olmaqla, dünya ictimaiyyətinə çatdırılan səsi idi. Məqalədə müxbirin hadisə yerindən hazırladığı reportajın  o dövrdə Azərbaycan həqiqətlərini  dünyaya çatdırmaq baxımından əhəmiyyəti böyükdür. Müxbirin söhbətləşdiyi insanlar həmin gecə Xankəndində yerləşmiş 366-cı motoatıcı alayın Xocalıya hücumu insanları hansı qəddarlıq işgəncə ilə qətlə yetirmələrini danışıblar.

Ümumiyyətlə, Qarabağ müharibəsi illərində Türkiyə mediasının bir çox nümayəndələri ölkəmizə gələrək cəbhədəki vəziyyətlə tanış olmuşdur. Onlardan Mete Çubukçu, Yunus Şen, Coşkun Aral eləcə digər jurnalistlər Azərbaycana gələrək Qarabağ müharibəsində baş vermiş olayları işıqlandırmış, işğalçı Ermənistanın qanlı siyasətinin şahidi olaraq, işğala məruz qalmış tərəf kimi Azərbaycandan reportajlar hazırlamışlar.

26 il keçməsinə baxmayaraq, bu gün qardaş Türkiyənin KİV-ləri öz informasiya siyasətində   Türkiyə-Azərbaycan arasında qardaşlıq dostluq əlaqələri başda olmaqla, həm   Qarabağ həqiqətlərinə, erməni işğalına geniş yer ayırır, Azərbaycanın tarixində silinməz iz qoymuş təkcə Azərbaycan türklərinə deyil, bütövlükdə insanlığa qarşı törədilmiş Xocalı soyqırımına diqqətlə yanaşır. Bununla bağlı müxtəlif televiziya verilişləri, sənədli filmlər, kitablar hazırlanır.

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2018.- 25 fevral.- S.6.