Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

254

Bakı şəhəri, 7 iyun 2018-ci il

 

Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 4 nömrəli Sərəncamının 2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, 6, maddə 749; 2015, 3, maddələr 333, 338, 4, maddə 455, 6, maddə 801, 10, maddə 1220, 11, maddə 1425; 2016, 6, maddə 1195, 10, maddə 1731, 11, maddə 1944; 12, maddə 2243; 2017, 4, maddə 635, 11, maddə 2174) ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısının I. Büdcədən maliyyələşdirilən qurumlar bölməsinin 1.1-ci, 1.3-cü, 1.4-cü bəndləri, 4.2.1.3-cü və 4.2.1.4-cü yarımbəndləri, 7.2-ci, 7.3-cü, 7.5-ci, 7.10-cu, 7.11-ci, 7.13-cü, 7.14-cü, 9.1-9.11-ci, 11.3-cü bəndləri və II. Təsərrüfathesablı qurumlar bölməsinin 7.4-cü, 7.4-1-ci və 7.6-cı bəndləri ləğv edilsin.

 

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2018.- 13 iyun.- S.4.