Zaman teatrelmi-praktik konfransı

 

Azərbaycan Teatr Xadimləri İttifaqındaZaman teatradlı elmi-praktik konfrans keçirilib. Konfrans Azərbaycan Milli Peşəkar Teatrının yaranmasının 145-ci ildönümü çərçivəsində baş tutub. Tədbirdə ölkəmizin tanınmış mədəniyyət teatr xadimləri iştirak ediblər. Konfrans Mədəniyyət Turizm Nazirliyi, Mədəniyyət İncəsənət Universiteti Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə təşkil olunub.

 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azərpaşa Nemət konfransın əhəmiyyətindən söz açıb. Xalq artisti milli teatrımızın keçdiyi inkişaf yolundan danışıb bildirib ki, bu məktəb vətənpərvər ruhlu sənətkarların formalaşmasında müstəsna rol oynayıb. Bu gün Azərbaycanda mədəniyyət sahəsinə dövlət tərəfindən xüsusi qayğı göstərilir. Teatr binaları əsaslı təmir olunur müasir avadanlıqlarla təmin edilir. Ölkəmizdə milli dəyərlər sisteminə əsaslanan yeni teatr tipi səhnə mədəniyyəti ilə seçilən aktyorlar məktəbi mövcuddur.

Tədbirdə vurğulanıb ki, dövlət başçısı teatr sahəsinin inkişafı ilə bağlı müvafiq sərəncamlar imzalayıb. Belə ki, “Teatrteatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam və “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının təsdiq edilməsi buna bariz nümunədir.

Daha sonra Əməkdar incəsənət xadimləri İlham Rəhimli “Milli Teatr və müstəqillik yolu”, Məryəm Əlizadə “Səhnəqrafiya: Tarixdən bu günə”, Rafiq Sadıxov “Azərbaycanda rejissuranın inkişaf mərhələləri”, sənətşünaslar Aida QafarovaTeatr Xadimləri İttifaqının Azərbaycan teatr prosesində rolu” və Ceyran MahmudovaTeatrmusiqi” adlı məruzələrlə çıxış ediblər.

Sonda Azərbaycan teatr sahəsində fəaliyyətlərinə görə bir qrup sənət adamı mükafata layiq görülüb.

 

Ülviyyə VAHİDQIZI

 

Xalq qəzeti.- 2018.- 10 mart.- S.6.