Berlin turizm sərgisində

Azərbaycan da təmsil olunub

 

Berlin şəhərində keçrilən “İTB 2018” beynəlxalq turizm sərgisində ölkəmizi Mədəniyyət Turizm Nazirliyi, “AZAL” Qapalı Səhmdar Cəmiyyəti, “İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, 25 turizm şirkəti 4 mehmanxana təmsil edib. Həmçinin, burada respublikamızda keçirilməsi nəzərdə tutulan “EXPO 2025” ümumdünya sərgisi təbliğ edilib. Bu barədə Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Ölkəmizin təmsil olunduğu stend ziyarətçilərin, o cümlədən turizm bazarı peşəkarlarının potensial turistlərin diqqətini cəlb edib. Azərbaycan stendində ölkəmizin məşhur turizm istiqamətləri barədə təkliflər, turizm potensialı görməli yerləri haqqında məlumat diqqət çəkib.

Sərgi zamanı Azərbaycan milli stendinə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə səlahiyyətli səfiri Ramin Həsənov, Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili “AZAL” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Eldar Hacıyev tamaşa etmişlər.

Sərgi çərçivəsində BMÜTT-nin təşkilatçılığı ilə İpək yolu ölkələrinin turizm nazirlərinin 8-ci görüşü keçirilib. İclasda İpək yolu mədəni turizm marşrutunun inkişaf strategiyası digər mühüm məsələlər barədə müzakirələr aparılıb. Bununla yanaşı, mədəniyyət turizm nazirinin müavini Nazim Səmədovla Ukraynanın İqtisadi İnkişaf Ticarət Nazirliyi turizm şöbəsinin müdiri Oksana Serdiuk, Almaniya Səyahət Assosiasiyasının prezidenti Norbert Fibiq, “TUI Group” şirkətinin prezidenti Michael Frenzel, həmin şirkətinin icraçı direktoru Ralf Horter, “BBC” telekanalın nümayəndəsi Sergey Stanovkin, “Messe Berlin” şirkətinin Rusiya MDB üzrə nümayəndəliyinin rəhbəri İrina Keyko “ITB Asia” sərgisinin biznesin inkişafı meneceri Edvin Zee ilə görüşləri keçirilib ikitərəfli əməkdaşlıq barədə geniş fikir mübadiləsi aparılıb.

 

Ülviyyə VAHİDQIZI

 

Xalq qəzeti.- 2018.- 11 mart.- S.6.