Dövlət məktəbəqədər təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması ərazisinin mühafizəsi ilə bağlı normativlər barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 70   Bakı şəhəri, 2 mart 2018-ci il

 

Məktəbəqədər təhsil haqqındaAzərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA ALIR:

1. Müəyyən edilsin ki, dövlət məktəbəqədər təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması ərazisinin mühafizəsinin təşkili üçün hər bir dövlət məktəbəqədər təhsil müəssisəsi 2 gözətçi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müqavilə əsasında həyəcan düyməsi ilə təmin edilir.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2019-cu ildən etibarən dövlət məktəbəqədər təhsil müəssi-sələrinin həyəcan düyməsi ilə təchiz olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə razılaşdırılmaqla, tələb olunan vəsaitin hər il dövlət büdcəsində nəzərdə tutulmasını təmin etsin.

3. “Büdcədən maliyyələşdirilən məktəbəqədər uşaq müəssisələrinin nümunəvi ştatı haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 61 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Uşaq bağçalarının nümunəvi ştatı”nınQeydlərbölməsinin 10-cu hissəsi 2 nömrəli əlavə – “Körpələr evi-uşaq bağçalarının nümunəvi ştatları”nınQeydlərbölməsinin 12-ci hissəsi ləğv edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 3 mart.- S.5.