Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Gənclər Fondunun xərclər smetası ştat cədvəlinin təsdiq edilməsi haqqında  Azərbaycan   Respublikası   Nazirlər   Kabinetinin  2013-cü  il   7  mart  tarixli  38  nömrəli  qərarında  dəyişiklik  edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 206

 Bakı şəhəri, 4 may 2018-ci il

 

 Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanının 7.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun xərclər smetası ştat cədvəlinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 7 mart tarixli 38 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 3, maddə 333) 2-ci hissəsi ləğv edilsin.

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının  Baş naziri

 

Xalq qəzeti.- 2018.- 6 may.- S.3.