Heydər Əliyev və Azərbaycanda

etnik-mədəni müxtəlifliyin tənzimlənməsi

 

Məlum olduğu kimi, müasir dövrdə dünya dövlətlərinin əksəriyyətində etnik, irqi, dini və mədəni müxtəliflik mövcuddur. Cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin formalaşması tarixi prosesin inkişafının nəticəsi kimi obyektiv xarakter daşıyır. Bundan başqa, bu müxtəliflik xalqların etnik-mədəni dəyərlərini, mədəniyyətlərini xarakterizə edir və onların dünyagörüşü və fəaliyyətlərinin əsasını təşkil edir. Bir sözlə, etnik-mədəni müxtəliflik xalqların həyatında müsbət rol oynayır. Buna görə də etnik-mədəni müxtəlifliyin qorun-ması dövlət tərəfindən həyata keçirilən tənzimlənmə siyasətinin tərkib hissəsidir. Etnik-mədəni müxtəlifliyin tənzimlənməsi hər tərəfin, yəni, həm dövlətin, həm də etnikdini azlıqların maraqlarını nəzərə almalıdır. Etnik-mədəni müxtəliflik tənzimlənmədikdə və yaxud bu düzgün aparılmadıqda cəmiyyətin inkişafının müxtəlif sahələrində ciddi problemlər, hətta münaqişələr yaranır. Bu səbəbdən etnik-mədəni müxtəlifliyin düzgün tənzimlənməsi hər bir çoxmədəniyyətli dövlət üçün böyük praktiki əhəmiyyət kəsb edir.

 

Azərbaycanda etnik-mədəni müxtəliflik multikulturalizm siyasəti vasitəsilə tənzimlənir. Ölkəmizdə bu siyasətin tətbiq olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Tarix boyu cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklər, adətən, assimilyasiyaya izolyasiya siyasəti vasitəsilə tənzimlənmişdir.

Assimilyasiya siyasəti milli azlıqların mədəni-etnik dəyərlərini titul (əsas) etnosun mədəniyyətinə qatmaqla cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin ləğv edilməsini nəzərdə tutur.

İzolyasiya siyasəti isə milli azlıqların mədəni-etnik dəyərlərinin titul etnosun etnik-mədəni dəyərləri ilə hər hansı bir əlaqəsinin qarşısını almaqla milli azlıqların cəmiyyətə inteqrasiya olmalarına imkan vermir.

İzolyasiya siyasəti iki formada özünü büruzə verir: 1. O, milli azlıqların ölkəyə daxil olub orada məskunlaşmasına mane olur. 2. Cəmiyyətdə artıq məskunlaşmış müəyyən qrup adamların assimilyasına mane olmaq məqsədilə onları təcrid edir. İkinci halda bu siyasət aparteid adlanır. Aparteid siyasəti Cənubi Afrika Respublikasında 1948-1994-ci illərdə tətbiq olunmuşdur.

Tarixi hadisələrin gedişatı etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn bu iki siyasət modelinin səmərəsizliyini göstərdi. Belə ki, müasir ictimai inkişafda mədəniyyətin aparıcı rol oynadığı bir dövrdə assimilyasiya siyasətinin düzgün olmadığı kimi, qloballaşma, mədəniyyətlərin qovuşduğu bir şəraitdə izolyasiya siyasətinin də yanlış olduğu müəyyən edildi. Etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə yönəlmiş assimilyasiyaizolyasiya siyasətlərinin iflasa uğraması ötən əsrin 60-70-ci illərində əvvəlcə Kanadada, sonra isə Avropanın bir sıra çoxmədəniyyətli ölkələrində multikulturalizm siyasətinin meydana gəlməsinin başlıca səbəblərindən biri olmuşdur.

Multikulturalizm etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasət kimi, assimilyasiya siyasətindən fərqli olaraq, milli azlıqların etnik-mədəni dəyərlərinin ləğv edilməsinin qarşısını almaqla, bu dəyərləri qorumaqla yanaşı, izolyasiya siyasətindən fərqli olaraq milli azlıqların etnik-mədəni dəyərləri ilə titul etnosun etnik-mədəni dəyərlərinin bir-birinə qarşılıqlı təsir etmələri üçün lazımi şərait yaradır və milli azlıqların yaşadıqları cəmiyyətə inteqrasiya olmaları üçün əlverişli imkan təklif edir. Başqa sözlə desək, multikulturalizm milli azlıqların etnik-mədəni dəyərlərini nə assimilyasiyaya uğradır, nə də ki, onların bu dəyərlərinin inkişafını cəmiyyətin tərəqqisindən təcrid edir. Multikulturalizm titul etnos ilə milli azlıqların etnik-mədəni dəyərlərinin inkişafına eyni şərait yaratmaqla onların mədəniyyətlərinin qarşılıqlı təsiri üçün zəmin hazırlayır.

Çoxmədəniyyətli Azərbaycan cəmiyyətindəki etnik- mədəni müxtəlifliklərin tənzimlənməsində multikulturalizm siyasətini assimilyasiyaizolyasiya siyasətlərindən üstün tutan ulu öndər Heydər Əliyev multikulturalizmə cəmiyyətdəki çoxmədəniyyətliliyi, etnik-mədəni müxtəlifliyi xarakterizə edən pozitiv hadisə kimi yanaşırdı. Ümummilli lider cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin qorunmasına yüksək önəm verərək deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. ....Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və saxlayacağıq. Çalışacağıq ki, bu sərvətimiz əbədi olsun”.

Ümummilli lider Heydər Əliyev multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldıraraq onu dövlət ideologiyasının, azərbaycançılığın tərkib hissəsi hesab edirdi.

Azərbaycançılıq ideyası – Azərbaycan xalqının siyasi, iqtisadi, sosial və mədəni yüksəlişinə yönələn bir ideyadır. Bu ideyanın əsasında Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi durur. Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi tarixi azərbaycançılıq ideyasının formalaşması prosesi ilə bağlıdır. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı azərbaycançılıq ideyasının inkişafına, Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinə güclü təsir göstərdi. Belə ki, ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideyasını əsas tutaraq onun bütün sahələrdə inkişafını təmin etdi. O, ilk dəfə olaraq multikulturalizmi azərbaycançılıq ideyasının tərkib hissəsi kimi təqdim etdi. Ulu öndər deyirdi: “Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da –bütünlükdə hamısı azərbaycanlıdır. “Azərbaycanlı” sözü bizi həmişə birləşdirib.” Bu fikir inklüziv cəmiyyət ideyasının bariz nümunəsi olmaqla multikulturalizmin təzahürüdür. Bu kəlamda dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkədə yaşayan hər bir kəsin azərbaycanlı olması, hüquq bərabərliyi öz əksini tapmışdır.

Akademik Ramiz MehdiyevQlobal transformasiyalar dövründə Azərbaycanın milli ideyası” adlı kitabında 1828-ci ildən müasir dövrədək Azərbaycanın milli ideyasının meydana gəlməsinin və formalaşmasının tarixində səkkiz mərhələnin olduğunu göstərir. Hər bir mərhələnin başlanğıcını mühüm bir tarixi hadisə təşkil edir. Azərbaycanın milli ideyasının formalaşması tarixinin yeddinci mərhələsi 1993-2003-cü illəri ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövrünü əhatə edir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan milli ideyasının formalaşması sahəsində gördüyü işi yüksək qiymətləndirən akademik Ramiz Mehdiyev yazır: “Bu mərhələdə milli ideya dövlət və milli müstəqillik ideyasında öz əksini tapır. Heydər Əliyevin siyasəti nəticəsində “millət” məfhumunun strukturuna özünüidentifikasiyanın bütün kollektiv formaları daxil edilmişdir: etnik, dini, sosio-mədəni, iqtisadi, siyasis.. Azərbaycan ideyası Azərbaycanda yaşayan və Azərbaycanı öz Vətəni hesab edən bütün etnik qrupların ideyasına çevrilir”.

Multikulturalizm siyasəti azərbaycançılığın tərkib hissəsi kimi onun cəmiyyətdə geniş yayılmasını təmin edir, daha da möhkəmlədir. Multikulturalizm məhfumu cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti bu müxtəlifliklərin və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasını əks etdirir. Cəmiyyətdə məskunlaşmış milli azlıqların nümayəndələrinin etnik-mədəni dəyərlərini qorumaqla multikulturalizm siyasəti azərbaycançılığın sosial bazasını daha da möhkəmlədir, bu ideologiyanın ölkədə yaşayan bütün xalqların və etnik qrupların ideologiyasına çevirir. Azərbaycan xalqının siyasi, iqtisadi, sosial və mədəni yüksəlişini təmin etməkdə azərbaycançılıq ideologiyası multikulturalizm siyasətindən mühüm bir vasitə kimi geniş istifadə edir. Akademik Ramiz MehdiyevGüclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyanın təcəssümü kimi” adlı məqaləsində Azərbaycanda güclü dövlətin əlamətləri sırasında respublikada yaşayan bütün etnosların dövlət ideologiyası olan tolerantlıq və multikulturalizm kimi dövlət səviyyəsində möhkəmləndirilən elementlərə sahib güclü milli azərbaycançılıq ideologiyasının olmasını qeyd edir.

Ulu öndər Heydər Əliyev multikulturalizmi azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi təqdim etməklə ölkənin bütün sahələrini əhatə edən inkişafın əsas şərtlərindən biri kimi qələmə verirdi. Cəmiyyətdəki etnik– mədəni müxtəlifliklərin qorunmasına yönələn multikulturalizm siyasətinin əsas təzahür formalarından biri dünyada mütərəqqi yanaşma hesab olunan Azərbaycandakı dövlət-din münasibətləridir.

Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olması özünü ilk növbədə dörd əsas məqamda göstərir. Birincisi, ölkəmizdə dini azadlıqlar təmin edilmişdir. Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmin olunması demokratik inkişaf yolu seçmiş, yaratdığı multikultural mühitlə və tolerantlığı ilə dünya ölkələri arasında seçilən Azərbaycan Respublikasının daxili siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan dövləti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının tərkib hissəsi kimi yanaşır. Ölkə vətəndaşlarının dini etiqad azadlığı Azərbaycan Respublikası Konstitusiyasına, “Dini etiqad azadlığı haqqında” Qanuna və ölkəmizin digər normativ- hüquqi aktlarına əsaslanır.

Azərbaycanda dini azadlıqlar tam şəkildə təmin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin (“Bərabərlik hüququ”) 3-cü bəndinə əsasən, “Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasisosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır” . Konstitusiyasının 48-ci maddəsinin (“Vicdan azadlığı”) 1-ci və 2-ci bəndlərində isə qeyd olunmuşdur: “Hər kəsin vicdan azadlığı vardır”, “Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etməkyaymaq hüququ vardır”.

İkincisi, bütün dinlər, dini məzhəblər qanun qarşısında bərabərdir. Azərbaycan Respublikasının əhalisinin 96 faizi müsəlman olmasına baxmayaraq, dövlət rəsmi qeydiyyatdan keçmiş dinlər və dini qurumlar arasında heç bir ayrı-seçkiliyə yol vermir. Konstitusiyasının 18-ci maddəsinin 1-ci bəndində göstərilir ki, ölkəmizdə “bütün dini etiqadlar qanun qarşısında bərabərdir”. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində isə deyilir: “Bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Heç bir din (dini cərəyan) və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlükya məhdudiyyət müəyyən edilə bilməz”.

Məlum olduğu kimi, İslamın şiə və sünni məzhəblərə bölünməsi müsəlman dünyasının sosial-iqtisadi, siyasi, hərbi, mədəni sahələrdə geridə qalmasının əsas səbəblərindən biri olmuşdur. Bu bölgünün yaranması müsəlman aləmində qanlı toqquşmalara səbəb olmuşdur. Əfsuslar olsun ki, müasir dövrdə də əksər müsəlman ölkələrində şiə-sünni qarşıdurması buya digər formada özünü büruzə verir. Bu qarşıdurma özünü həm ölkədaxili, həm də ölkələrarası müstəvidə göstərir. Azərbaycan nadir müsəlman ölkələrindəndir ki, burada şiə- sünni qarşıdurması yoxdur. Ölkə əhalisinin əksəriyyəti bu bölgüyə əhəmiyyət vermir. Bunun mühüm bir əyani göstəricisi kimi şiələrlə sünnilərin eyni məscidlərdə ibadət etmələrini, vəhdət namazı qılmalarını göstərmək olar.

Üçüncüsü, dövlət bütün dini qurumların hər birinə lazımi köməklik, o cümlədən maliyyə dəstəyi göstərir. 1993-cü ildən bəri Azərbaycanda onlarca məscid, rus pravoslav, katolik, alban kilsələri, sinaqoqlar tikilmişya təmir edilmişdir.

Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən dini qurumlara mənəvi yardım da göstərir. Bütün Cənubu Qafqaz regionunda 16 noyabr Beynəlxalq Tolerantlıq Günü ilk dəfə Azərbaycanda qeyd edilmiş və 1999-cu ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə bu əlamətdar gündə ölkəmizdəki dini konfessiyaların başçıları ilə görüş keçirilmişdir. Bu ənənənin davamı kimi, bu gün Azərbaycan Respublikası rəhbərliyi adından ölkəmizdə fəaliyyət göstərən kon-fessiyaların dini bayramlarında və əlamətdar günlərində müsəlmanlara, xristian və yəhudi icmalarına bayram təbriki ilə müraciət edilir, mütəmadi olaraq onlarla görüşlər keçirilir, tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icrası daim nəzarətdə saxlanılır.

Dördüncüsü, Azərbaycanda dini azadlıqların yüksək səviyyədə təmin edilməsi, bütün dinlərin və dini məzhəblərin qanun qarşısında bərabər olması, dövlət tərəfindən dini icmalara hər cür dəstəyin göstərilməsi öz məntiqi nəticəsi kimi ölkə daxilində dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasına səbəb olur. Bununla əlaqədar qeyd etmək lazımdır ki, Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması tarixi keçmişimizdən qalan mütərəqqi ənənədir. Məsələn, XIX əsrin sonlarına yaxın Bakıda “Qızıllı kilsə” kimi tanınan “Aleksandr Nevski” kilsəsinin inşası zamanı toplanmış ianənin böyük hissəsini müsəlmanlar vermişdilər. AvropaDağ yəhudiləri üçün yeni sinaqoqların tikintisində xaricdə fəaliyyət göstərən yəhudi təşkilatları ilə yanaşı, Qafqaz Müsəlmanları Idarəsi, Rus-Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası da yaxından iştirak etmişdir. Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən dini icmaların nümayəndələri bir-birinin tədbirlərində iştirak edirlər. Azərbaycanda dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması bir çox ölkələrdə müşahidə olunan dini separatizmin qarşısını alaraq cəmiyyətdə inteqrasiya proseslərini daha da gücləndirir. Azərbaycandakı dinlərarası münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev deyir: “Azərbaycanda bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar və yaşayacaqlar. Heç vaxt ölkəmizdə dini zəmində heç bir qarşıdurma olmamışdır və olmayacaqdır. Hətta heç bir anlaşılmazlıq da olmamalıdır və yoxdur. Biz bu yolla gedirikdünyaya bu yolu göstəririk” .

Multikulturalizmin Azərbaycan Respublikasının daxili siyasətinin tərkib hissəsi olmasının digər mühüm göstəricisi ölkədə yaşayan müxtəlif xalqların və etnik qrupların etnik-mədəni dəyərlərinin qorunması və bunun nəticəsində onların cəmiyyət daxilində inteqrasiyasıdır.

Azərbaycan Respublikasında yaşayan milli azlıqların hüquq və azadlıqları ölkə Konstitusiyasının aşağıdakı maddələrində (“Dövlət dili” Maddə 21, bənd 2; “Bərabərlik hüququ” Maddə 25, bənd 3; “Milli mənsubiyyət hüququ” Maddə 44, bəndlər 1, 2;Ana dilindən istifadə hüququ” Maddə 45, bəndlər 1, 2; “Fikirsöz azadlığı” Maddə 47, bəndlər 1, 2, 3; “Vicdan azadlığı” Maddə 48, bəndlər 1, 2; “Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri” Maddə 127, bənd 10) və digər normativ hüquqi aktlarla qorunur.

Bundan başqa, Azərbaycan Respublikası milli azlıqların müdafiəsi ilə bağlı bir çox beynəlxalq konvensiyalara qoşulmuşdur. Məsələn, Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası” hökumət tərəfindən 1995-ci il fevralın 1-də imzalanmış və 2000-ci il 16 iyun tarixli Qanunla ratifikasiya edilmişdir. Azərbaycan Respublikası 26 noyabr 2009-cu il tarixli Qanunla UNESKO-nun “Mədəni ozünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair” Konvensiyasına qoşulmuşdur. Bu konvensiya Azərbaycanda 2010-cu il may ayının 15-dən etibarən qüvvəyə minmişdir.

28 dekabr 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı, o cümlədən dövlət başçısının 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” nda milli azlıqların mədəni irsinin qorunması və inkişafı hökumətin fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə tutulmuşdur. Postsovet məkanında ilk dəfə olaraq “Azərbaycan Respublikasında yaşayan milli azlıqların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1992-ci il tarixli fərmanı imzalanmış və uğurla icra edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin imzaladığı bir sıra sərəncamlarla milli azlıqların kompakt yaşadıqları bölgələrdə sosial-iqtisadi, təhsil, mədəniyyət, səhiyyə, ekologiyas. sahələrdə böyük layihələr həyata keçirilir.

Hazırda ölkədə milli azlıqların müxtəlif məsələləri ilə, o cümlədən onların etnik-mədəni dəyərlərinin qorunması ilə məşğul olan 50-dək qeyri-hökumət təşkilatları (QHT), milli mədəniyyət mərkəzləri, ictimai birliklər və cəmiyyətlər fəaliyyət göstərir. Bu qurumlar və ölkədə fəaliyyət göstərən digər QHT-lər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müvafiq qrant layihələri ilə müraciət edərək maliyyə yar-dımları almaq imkanına malikdir. Bundan başqa Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun xətti ilə milli azlıqların dillərində nəşr edilən mətbuat orqanlarına maliyyə yardımları göstərilir.

Əsası ulu öndər tərəfindən qoyulanmüasir dövrdə ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi multikulturalizm siyasəti sahəsində Azərbaycanın qazandığı böyük nailiyyətləri ölkəmizə səfər edən əcnəbilər xüsusi qeyd edirlər. Təəssüratlarını xarici ölkələrdə dərc olunan müxtəlif nəşrlərdə ifadə edərək onlar Azərbaycanda əlverişli multikulturalizm və tolerantlıq mühitinin olduğunu qeyd edirlər. Məsələn, 2015-ci ilin 30 oktyabr – 4 noyabr tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizminə səyahət” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ-ın Kaliforniya ştatında yerləşən Sinay məbədinin üzvlərindən ibarət 50 nəfərlik heyətin rəhbəri ravvin David Volpe Amerikada çıxan “Time” jurnalında “Azərbaycan Yaxın Şərqdə tolerantlıq vadisidir” adlı dərc etdirdiyi məqalədə Azərbaycandakı multikulturalizm və tolerantlıq mühitindən bunları yazır: “Bir həftə öncə Qüds şəhərində bir İsrail diplomatı bizimlə görüşdə bu sözləri demişdi ki, mən İsveçdə başımda kipa ilə gəzməyə ehtiyat edirəm, amma Azərbaycanda yox. Azərbaycanda heç kəs buna görə sənə problem yaratmayacaqdır. Mən bunu təsdiq edə bilərəm. Bakı küçələrində bir həftəyə yaxın kipa ilə gəzdim, nəzakət və mehribanlıqdan başqa bir qarşılıq gör-mədim. Bu, dünyada çox az rastlaşılan qeyri-adi bir nailiyyətdir. Azərbaycan başqa dini ənənələrin intişarını ehtiva edən iftixarlı və qədim tarixə malik bir ölkədir.”

Yael Lerman Mazar adlı başqa bir əcnəbi qonağımız isə “The Jerusalem Post” qəzetində dərc olunan “Azərbaycan İsrailə olan ümidimi necə bərpa etdi” adlı məqaləsində aşağıdakıları qeyd edir: “Azərbaycana ayaq basana qədər qədim tarixi olan bu xalqbu gənc dövlət barədə heçbilmirdik. Bir həftə sonra isə biz Azərbaycanı bu məğrur ölkəyə, onun səxavətli hökümətinə və gözəl insanlarına böyük məhəbbət hissi ilə tərk etdik. Azərbaycana gəldikdən sonra dünyanın başqa heç bir yerində rastlaşmadığımız çoxlu faktın şahidi olduq. Birincisi, Azərbaycan müsəlman və demokratik ölkədir. İkincisi, Azərbaycanda heç vaxt talanlar törədilməyib. Burada antisemitizm, sadəcə olaraq, mövcud deyil. Dini icmaların rəhbərləri insanları zorakılığa çağırmırlar. Yerli əhali ölkədəki pluralizmlə və mövcud etnik müxtəlifliklə fəxr edir”.

Müasir dövrdə Azərbaycanda olan multikultural durumu daha da möhkəmləndirmək məqsədilə Prezident İlham Əliyevin göstərişi ilə bir sıra mühüm əhəmiyyət kəsb edən işlər həyata keçirilmişdir. Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı 28 fevral 2014-cü il tarixli sərəncamla Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət Müşavirliyi xidməti təsis edilmiş, 7 may 2014-cü il tarixli fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, 15 may 2014-cü il tarixli fərmanla isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Prezidentin 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ilielan edilmişdir. 11 mart 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ilielan edilməsinə dair Tədbirlər Planı” təsdiq olunmuşdur. Həmin planın 2.4.-cü yarımfəslində göstərildiyi kimi, bu təsisatların və sərəncamların hər biri Azərbaycanın multikulturalizm siyasətinin uğurla həyata keçirilməsinə yönəlmişdir.

Beləliklə, ölkəmizdəki etnik- mədəni müxtəlifliklərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müasir dövrdə ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizm siyasəti vasitəsilə tənzimləndirilməsi ölkə daxilində olan etnik, dini və mədəni müxtəlifliklərin tənzimlənməsi və etnik- mədəni dəyərlərin qorunması sahəsində böyük nailiyyətlər qazanılır. Bu, demokratik cəmiyyətin norma və prinsiplərinə uyğun gəlir. Belə ki, xalqların etnik-mədəni dəyərlərinin qorunması insan haqlarının tərkib hissəsidir. Bundan başqa, multikulturalizm Azərbaycan Respublikasının daxili siyasətinin tərkib hissəsi kimi cəmiyyətdəki etnik-mədəni müxtəliflikləri tənzimləyərək inteqrasiya proseslərinin dərinləşməsinə səbəb olur. Dərinləşən inteqrasiya prosesləri isə öz növbəsində etnikdini zəmində baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını alır. Ölkəmizin multikulturalizm sahəsində əldə etdiyi nailiyyətləri görmək istəməyən, ona münasibətdə ikili standartlar siyasətini yürüdən bəzi Qərb dövlətləri, akademik Ramiz MehdiyevinAvropa strukturlarının deq-radasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti” adlı məqaləsində qeyd etdiyi kimi, Azərbaycandan yüzilliklər boyu formalaşmış tolerantlıq, dini dözümlülükmultikulturalizm təcrübəsini əxz etsəydi, pis olmazdı.

 

Etibar NƏCƏFOV,

Azərbaycan Respublikası Prezidenti

Administrasiyasının millətlərarası münasibətlər,

multikulturalizmdini məsələlər şöbəsinin müdiri,

fəlsəfə elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2018.- 9 may.- S.6.