Heydər Əliyev Azərbaycan

xalqı üçün ümummilli lider,

dünya üçün ümumbəşəri dəyərdir

 

Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünüdərk prosesinin memarı və idarəedicisi ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük yeniliklərə, o qədər böyük işlərə imza atıb ki, yuxarıda sadaladığımız titulların heç biri onun titanik fəaliyyətini tam əhatə etmir. Biz bu gün Azərbaycan tarixində Heydər Əliyev erasını yaratmış ulu öndər haqqında danışarkən, adətən, Onu bir ümummilli lider kimi səciyyələndiririk. Əlbəttə, bu, mübahisəsiz olaraq belədir. Amma bu zaman bizə elə gəlir ki, Heydər Əliyevin fəaliyyətini bir qədər məhdudlaşdırmış oluruq.

 

Onun fəaliyyətinə bir qədər sırf milli kontekstdə yanaşmış oluruq. Lakin Heydər Əliyev şəxsiyyəti və onun fəaliyyəti təkcə Azərbaycanın etnosiyasi coğrafiyası ilə bağlı deyilulu öndərin bir siyasətçi kimi fəaliyyəti də Azərbaycanın etnosiyasi coğrafiyası ilə məhdudlaşmır. O, istər sovet xalqları müstəvisində və istərsə də Şərqi Avropadan tutmuş, hətta Afrika ölkələrinə qədər olan xalqların tarixində rol oynamış, onların yaxından tanıdığı və onların həyatına təsir edəcək proseslərə imza atmış bir şəxsiyyətdir. Ona görə də, hesab edirik ki, bu gün ulu öndəri hörmətlə anarkən Heydər Əliyevşünasların və Heydər Əliyev sevərlərin, tədqiqatçıların araşdırmalı olduğu elmi istiqamətlərdən biri də, məhz bu olmalıdır.

Biz bu gün ulu öndərin bu vaxta qədər tədqiqatdan və ümumi kütləvi yanaşmadan kənarda qalan fəaliyyətinin bəzi spektrləri haqqında fikirlərimizi bildirməyə çalışacağıq. Ümumi yanaşma ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasını, məhz Azərbaycanın siyasi rəhbərliyinə gəldikdən sonra başlatdığı yöndədir... Biz bilirik ki, Dövlət Təhlükəsizlik Komitəsi sovet dövründə ideolojisiyasi fəaliyyəti xüsusi nəzarət altında saxlayan əsas orqan idi. Və təəssüf ki, Sovet Azərbaycanı dövründə ulu öndər Heydər Əliyevə qədər Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən azərbaycanlı olmamışdır. Azərbaycan xalqının, Azərbaycan ziyalısının, Azərbaycan dövlətçiliyinin, Azərbaycanın düşünən beyinlərinin başına gələn faciələrin əsas törədicisi və əsas ideyavericisi də, məhz bu sistemdən doğurdu. Və biz bilirik ki, sovet quruculuğu prosesində, 1937-ci il repressiyasında, həmçinin, ondan sonrakı dövrlərdə Azərbaycan xalqının ziyalılarına qarşı törədilən repressiyanın mərkəzi, məhz təhlükəsizlik orqanları idi. Bu təhlükəsizlik orqanları, sanki Azərbaycanın daxilində antiazərbaycançı qüvvələrin mərkəzini təşkil edirdi. Bu yanaşma ulu öndər Heydər Əliyev milli təhlükəsizlik orqanlarına rəhbərlik edən günə qədər davam etdi. Onun rəhbərliyi dövründə isə respublikanın təhlükəsizlik orqanlarından antiazərbaycançı qüvvələr, Azərbaycanı sevməyən müxtəlif xalqların nümayəndələri təmizlənməyə başlandı. Və azərbaycançılıq ideologiyasının rüşeymi də, milli özünüdərk prosesinin rüşeymi də elə oradan cücərməyə başladı. Bundan sonrakı mərhələdə ulu öndər öz fəaliyyətini siyasi sahəyə transfer etdikdən sonra, yəni, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra artıq bu rüşeym daha bir münbit şəraitə düşməklə siyasi populyarlıq qazandı. Beləliklə, artıq 1978-ci ildə ulu öndərin həyata keçirdiyi fəaliyyət nəticəsində Azərbaycan dili Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili kimi Azərbaycan Konstitusiyasına düşdü. Hesab edirik ki, bu, ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən biri idi.

İdeyanın ideologiyaya çevrilməsi

və kütləvi mənimsənilməsi

Həmin dövrdə artıq azərbaycançılıq ideyası bir ideya şəklindən, yəni, bir fərdin, bir siyasətçinin, bir öndərin ideyasından ideologiyaya çevrilməyə başladı. Təsadüfi deyil ki, bu ideologiyaya çevrilmə prosesi də məhz ideya müəllifi tərəfindən həyata keçirildi. Bundan sonrakı mərhələdə azərbaycançılıq ideologiyasının xalq tərəfindən mənimsənilməsi, dərk olunması prosesi başladı. Bu istiqamətdə atılan addımın nəticəsi isə, məhz Bakı şəhərinin azərbaycanlılaşdırılması oldu. Çünki biz bilirik ki, o dövrdə Bakının beynəlmiləl şəhər möhürü kosmopolit bakılılar anlayışını özündə qabarıq təzahür etdirməklə, milli elementləri rədd edirdi. Beləliklə, hətta o dövrdə mərkəzi hakimiyyətdə Dərbənd kimi neft mərkəzi olan Bakını da hansısa bir şəkildə federasiyaya bağlamaq, bunun mümkün olmayacağı təqdirdə isə, heç olmasa Bakını azərbaycanlılardan qorumaq siyasəti həyata keçirilirdi.

 

Kosmopolit Bakıdan

milli Bakıya doğru

 

Məhz bu zəncirləri, yəni Bakını azərbaycanlılardan ayıran o zəncir halqalarını ulu öndər qırdı. Ötən əsrin 70-ci illərində böyük dövlət xadimi Heydər Əliyev tərəfindən Azərbaycanın regionlarından, rayonlarından, kəndlərindən azərbaycanlıların məhz Bakı şəhərində məskunlaşdırılması ilə Bakı əsl Azərbaycan şəhərinə çevrildi və azərbaycançılığın ilk nəticəsi Bakının azərbaycanlılaşması oldu. Və əlbəttə ki, bu proses həm iqtisadi, həm siyasi, həm milli intellektual müstəvidə baş verirdi. Yəni regiondan gələn gənclərin işlə, qalacaqla təmin olunması, məskunlaşması prosesi gedirdi. Həmin dövrdə Azərbaycanda həm sənaye müəssisələri tikildi, həm yataqxanalar tikildi, həm də yeni qəsəbələr və mikrorayonlar salındı. Beləliklə də, Bakı azərbaycanlaşdırıldı. Biz, sadəcə, ulu öndərin siyasi ideoloji fəaliyyətini təhlil etdiyimiz üçün iqtisadisosial məsələlər barəsində çox danışmaq istəmirik.

 

Heydər Əliyev erası müxtəlif sosial,

iqtisadi ideoloji qatlardan ibarətdir

 

Biz ulu öndərin fəaliyyətinə, Azərbaycan xalqı qarşısında xidmətlərinə nəzər saldıqda görəcəyik ki, dediyimiz bu era ayrı-ayrı mərhələlərdən ibarətdir. Bu mərhələlərin hər biri Azərbaycan xalqının tarixində ayrıca səhifədir. Ən əsası odur ki, bu səhifələr Azərbaycan xalqının və dövlətinin inkişafını özündə əks etdirir. Əlbəttə ki, ulu öndərin hakimiyyətinin ikinci dövrü onun SSRİ rəhbərliyinə aparılması ilə bağlıdır. Bu dövrdə də yenə Azərbaycan daim ulu öndərin diqqətində olmaqla respublikamızın inkişafı başlıca məsələ kimi SSRİ rəhbərliyinin diqqət mərkəzində tutulurdu. Və nəhayət, ulu öndərin sonrakı mərhələdəki fəaliyyəti onu artıq müstəqil bir dövlətin, xalqın lideri kimi səciyyələndirməyə imkan verir. Genetik olaraq, liderlik keyfiyyətlərinə və yüksək xarizmaya sahib olan Heydər Əliyev heç kəsin proqnozlaşdıra bilməyəcəyi proseslər baş verərkən, XX əsrin sonlarında bunları proqnozlaşdırmağı, həmçinin, öz yerimövqeyini bu proseslərin içində müəyyənləşdirməyi dəqiqliklə bacarırdı. Eyni zamanda, onun qəbul etdiyi şəxsi qərarlar bir növ Azərbaycan xalqının siyasi qərarlarına çevrilirdi. Ən əsası isə bu qərarlar uzaqgörən və məqsədyönlü, konkret hədəfə doğru istiqamətlənmiş olduğu üçün bizim ümummilli yolumuzu işıqlandıran mayaka çevrildi.

 

Azərbaycan xalqının milli özünüdərkinin

bərpası və müstəqillik mübarizəmizin uğurla sona

çatması üçün ulu öndər böyük xidmətlər göstərdi

 

20 Yanvar faciəsindən sonra Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, xalqının ağır günündə onun yanında olduğunu nümayiş etdirən ulu öndərin bu addımı bütün dünyaya səs saldı. Əslində bu, Azərbaycanın milli dövlətçilik prinsiplərinin elan olunması və hədəflərinin göstərilməsi idi. Əlbəttə ki, Azərbaycan xalqının milli özünüdərkinin bərpası və müstəqillik mübarizəmizin uğurla sona çatması üçün ulu öndər Heydər Əliyev böyük xidmətlər göstərdi. Baxmayaraq ki, o dövrdə, istər siyasi baxımdan, istər iqtisadi baxımdan, istərsə də mənəvi-psixoloji baxımdan daim məhdudiyyətlər və təzyiqlər altında fəaliyyət göstərirdi. Amma Naxçıvana gələr-gəlməz dərhal Naxçıvan MR Ali Sovetində Azərbaycanın bugünkü bayrağını və eyni zamanda, Azərbaycanın tarixi bayrağını 1918-20-ci illərdə dalğalanmış üçrəngli bayrağımızı, məhz xüsusi qərarla Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin binası üzərində ucaltdı. Bu addımın özü xalqın milli azadlıq hərəkatına yeni keyfiyyət, yeni ruhoptimizm gətirdi. Hesab edirik ki, bu da tariximizin yaddaqalan, maraqlı və gərəkli səhifələrindəndir.

Ondan sonrakı mərhələdə, əlbəttə ki, ulu öndərin fəaliyyət sferası daha da genişlənməyə başladı. Azərbaycandan ilk dəfə olaraq imperiya əsgərlərinin çıxarılması və bir xarici dövlətlə sərhədlərin qorunmasının özümüzə qaytarılması da Heydər Əliyev erasında tariximizə yazılan şərəfli səhifələrdəndir.

 

Müstəqil dövlətimizin tərəqqisi

 

Əlbəttə ki, başqa maraqlı bir dövr Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınması ilə bağlıdır. Bu, olduqca mürəkkəb və təzadlı bir dövr idi. Azərbaycan dövləti parçalanmaq təhlükəsi ilə baş-başa qalmışdı. Həmin dövrə diqqətlə nəzər salsaq görərik ki, ulu öndər Heydər Əliyev dahi bir dövlət xadimi kimi, Azərbaycan dövlətinin və dövlətçiliyinin mənzərəsini çox aydın şəkildə görüronun struktur formulasını müəyyənləşdirərək, nəyin necə olmasını dəqiq cizgilərlə qura bilirdi. Məhz bunun nəticəsi idi ki, müstəqil Azərbaycan dövləti quruldu. Məhz ulu öndərin həmin dövrdə həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan müstəqil dövlət kimi, yəni, formal müstəqil deyil, həqiqi müstəqil dövlət kimi tanınır.

O, böyük müəllim, mükəmməl

natiq, dahi təbliğatçı idi

 

Ulu öndərin başqa böyük keyfiyyətlərindən birionun böyük müəllim, dahi təbliğatçı və mükəmməl natiq olmasında idi. Heydər Əliyev ideya, ideologiya və təbliğat universal üçlük formu-lasından çox məharətlə istifadə etməyi bacarırdı. O, ideyanı verir, onu ideologiyaya çevirir və həmin ideologiyanın kütlə tərəfindən mənimsənilməsini təmin edirdi. Elə Azərbaycanı birləşdirəcək azərbaycançılıq ideologiyasının da müəllifi, təbliğatçısı və icraedicisi, məhz ulu öndərimiz olub. Əslində, bir xalqın vahid ideologiya ətrafında təşkilatlanması üçün illər keçir. Yəni, hər hansı bir ideologiyanın mənimsənilməsi, öyrənilməsi və xalqın həmin ideologiyanın daşıyıcısına çevrilmə prosesi uzun illər, bəlkə də qərinələr, yüzillər aparır. Amma ulu öndər özünəxas xüsusi çevik üsulmetodlarla bu prosesi elə etdi ki, qısa müddətdə azərbaycançılıq ideologiyası Azərbaycanın başlıca milli-siyasi ideologiyasına çevrildi. Bir qədər sonra isə bu öz müsbət bəhrəsini verdi. Azərbaycanda bu ideologiyanın bərqərar olması və mənimsənilməsi ilə ölkəmizdə etnik separatçılığa son qoyuldu.

Heydər Əliyev dövlətin siyasi

ideoloji varisliyini təmin etdi

 

Ulu öndər elə böyük dövlət siyasi xadimlərdən idi ki, dövlətçiliyin siyasi-ideoloji əsaslarını yaratmaqla bərabər, eyni zamanda, onun varisliliyini təmin etdi. Hər hansı bir dövlətin var olması üçün mütləq ideoloji-siyasi varislik lazımdır. Əgər bu olmasa, dövlət bir nüfuza, liderə, bir fiziki şəxsə bağlı olduqda, o şəxsin fiziki-bioloji mövcudluğu bitdikdən sonra dövlətin də ömrü bitir. Məhz bunu bilən ulu öndər dövlətçiliyimizin siyasi-ideoloji varisliyini də təmin etmiş oldu.

Heydər Əliyev üçün biz çoxlu titullar deyə bilərik. Ümummilli lider, ulu öndər, Azərbaycan Respublikasının siyasi rəhbəri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, müstəqil Azərbaycan Respublikasının Prezidentis. Bunlar əlbəttə ki, hamısı bir titul, bir vəzifədir. Amma Heydər Əliyev şəxsiyyəti bütün bunların hamısının fövqündə duran bir nümunədir. Yəni bu, bir həqiqətdir ki, bütün bu vəzifələrdən və titullardan Heydər Əliyev Azərbaycan xalqının milli və dövlətçilik maraqlarının təmin olunması üçün istifadə etdi. O, bir millət mücahidi idi, xalq mücahidi idi, Azərbaycan xalqının böyük mücahidi idi, Azərbaycan xalqını beynəlxalq münasibətlərdə böyük arenaya çıxarmağı qarşısına məqsəd qoymuşdu. Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı qarşısına məqsəd qoymuşdu. Müstəqil Azərbaycan dövlətinin əbədi olmasını qarşısına məqsəd qoymuş böyük bir mücahid idi. Prezidentlikdən tutmuş digər titul və vəzifələr isə onun üçün, məhz bu məqsədləri həyata keçirmək üçün bir mexanizm və vasitə idi. Ona görə də ulu öndər Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daim hörmətlə anılacaq. Xalqımız var olduqca o da yaşayacaqdır.

 

Hikmət Babaoğlu,

Yeni Azərbaycan

qəzetinin baş redaktoru,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2018.- 12 may.- S.4.