Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

215

Bakı şəhəri, 11 may 2018-ci il

 

 

Tarix mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanının 2-ci hissəsinin ikinci abzasına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, 8, maddə 555; 2005, 11, maddə 1065; 2006, 12, maddə 1161; 2007, 7, maddələr 737, 738; 2008, 1, maddə 36, 2, maddə 104, 6, maddələr 582, 584, 586, 7, maddələr 680, 681, 682; 2009, 7, maddə 609, 10, maddə 848; 2010, 6, maddə 566, 7, maddə 704, 8, maddə 760; 2012, 3, maddə 264, 6, maddə 636; 2013, 3, maddə 338, 4, maddə 440, 6, maddə 727, 10, maddələr 1201, 1213; 2014, 1, maddə 57, 5, maddə 586, 7, maddə 911; 2015, 4, maddələr 460, 480, 7, maddə 887, 10, maddə 1216; 2016, 5, maddə 956) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - Yerli əhəmiyyətli daşınmaz tarix mədəniyyət abidələrinin Siyahısından 4503 inventar nömrəli obyekt çıxarılsın.

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi əlaqədar təşkilatlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll etsin.

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 13 may.- S.5.