Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli qərarı ilə təsdiq edilmişÜmumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

¹ 243  

 Bakı şəhəri, 25 may 2018-ci il

 

 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1852 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin 50-ci hissəsinin ikinci cümləsində “və tabe olduğu təhsil orqanında təsdiq edildikdən sonra qüvvəyə minir” sözləri “Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir” sözləri ilə əvəz edilsin.

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 30 may.- S.13.