Mikayıl Müşfiqin 110 illik

yubileyinə həsr olunmuş tədbir  

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Cabir Novruz Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə Siyəzən Mədəniyyət Mərkəzində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Bu barədə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzdən bildirmişlər.

Tədbirdə respublikanın görkəmli alimləri, elm adamları, yazarlar, müşfiqsevərlər iştirak etmişlər. Çıxış edənlər ölməz şairin həyatından, onun yaradıcılığından danışaraq bildirmişlər ki, Müşfiq ədəbiyyat tariximizdə, hamımızın qəlbində çılğın, romantik xəyallar dünyasında qanadlanan bir gənc kimi qalacaq.

Onun dillər əzbəri olan məhəbbət nəğmələrində xalq poeziyasına olan bağlılığı, əsl vətəndaş kimi Azərbaycanı ürəkdən sevməsi açıq-aydın hiss olunur.

Tədbir tanınmış incəsənət ustalarının ifalarında şairin sözlərinə bəstələnmiş mahnılarla davam etmişdir.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.- 7 noyabr.- S.6.