“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

¹ 430 

Bakı şəhəri, 8 oktyabr 2018-ci il

 

“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 170 nömrəli Fərmanının 4.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq edilsin (əlavə olunur).

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 10 oktyabr.- S.6.