Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

 

¹ 443 

Bakı şəhəri, 13 oktyabr 2018-ci il

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin təklifi əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin strukturu” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində (bundan sonra – Mərkəz) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

3.1.1. Mərkəzin nizamnaməsinin və strukturunun təsdiq edilməsi;

3.1.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

3.1.3. Mərkəzin yenidən təşkili və ləğv edilməsi.

3.2. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (bundan sonraAgentlik):

3.2.1. inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiq edilməsi;

3.2.2. icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi icra orqanının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

3.2.3. işçilərin say həddinin müəyyən edilməsi;

3.2.4. təsərrüfat cəmiyyətlərinin yaradılmasına ya onlarda iştirak etməyə, idarə, filial nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;

3.2.5. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi.

4. Agentlik:

4.1. Mərkəzin fəaliyyətini təmin etmək məqsədi ilə bir ay müddətində Müşahidə Şurasının sədrini üzvlərini, Nizamnaməsində müəyyən edilmiş icra orqanının rəhbərliyini təyin etsin Mərkəzin işçilərinin sayını ştat cədvəlini təsdiq etsin;

4.2. bu qərardan irəli gələn digər məsələləri həll etsin.

5. Mərkəzin ilkin nizamnamə fondu 300.000 (üç yüz min) manat təşkil edir.

6. Mərkəz dövlət qeydiyyatına alınması üçün bu qərarın qüvvəyə mindiyi tarixdən üç gün müddətindəHüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqındaAzərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin.

7. Agentlik Mərkəzin dövlət qeydiyyatına alındığı gündən bir gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

8. “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 aprel tarixli 135 nömrəli qərarının 2-5-ci 7-8-ci hissələri ləğv edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 16 oktyabr.- S.13.